Araz Naxçıvan ın kapitanı: Zirə yə qarşı cavab oyunu daha çətin olacaq
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
"Araz-Naxçıvan"ın kapitanı Ürfan Abbasov Sportal.az saytına açıqlama verib.
Bölgə klubunun müdafiəçisi Azərbaycan kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı keçirilmiş ilk görüşünü şərh edib.
Abbasov, komandasının 1:0 hesablı qələbəsi haqda bunları deyib:
"Zirə"nin gücünə bələdik. Onların "Qarabağ"la oyununa da baxmışdıq. Həqiqətən yaxşı oynamışdılar və qalib gəlmişdilər. Bizim üçün də çətin olacağını bilirdik. Matç düşündüyümüz kimi də keçdi. Şükürlər olsun ki, qalib gəlməyi bacardıq".
Naxçıvan təmsilçisinin aparıcı üzvü cavab görüşünün də çətin olacağını bildirib:
"Bu mərhələ bir oyundan ibarət deyil. Bilirik ki, cavab oyunu daha çətin olacaq. Səfər matçına çıxacağıq. Ab-hava bir az başqa cür olacaq. Ola bilsin ki, "Zirə" hücumda daha fəallıq göstərəcək. Amma hələ ki, həmin oyuna qədər vaxt var. Cavab görüşünə qədər analiz edəcəyik. Məşqlərdə də çalışacağıq ki, yaxşı hazırlaşaq. Baş məşqçimizin dediyi kimi, hər iki cəbəhdə vuruşacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Fevral 2025 20:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















