Araz Naxçıvan ın yeni baş məşqçisi kim olacaq? son durumla bağlı rəsmi açıqlama
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elmar Baxşıyevlə yolları ayıran "Araz-Naxçıvan" hələ yeni baş məşqçisinin adını açıqlamayıb. Ancaq azərbaycanlı mütəxəssisin işini itirməsindən cəmi bir neçə saat sonra Ukrayna mediasında bu postun yeni sahibinin Andrey Demçenko olacağı haqda məlumatlar dərc edildi. Hətta ukraynalının artıq "qırmızı-ağlar"la müqaviləyə qol çəkdiyi haqda bilgilərə də rast gəldik.
İnformasiyanin səhih olub-olmadığına aydınlıq gətirmək məqsədilə naxçıvanlıların mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq. Klub rəsmisinin "Football-plus.az"a cavabı:
"Hələ hansısa məşqçi ilə müqavilə imzalanmayıb. Bu xəbərlər həqiqəti əks etdirmir. Namizəd mütəxəssislərlə danışıqlar davam edir. Məsələ yekunlaşacağı təqdirdə yeni baş məşqçinin kimliyi ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Dekabr 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















