Araz Naxçıvan la matçda da qələbə qazanmağa çalışacağıq Faiq Hacıyev
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Misli Premyer Liqasının 1-ci turunda "İmişli" üzərində qazandıqları qələbəni şərh edib.
Arxa xətt oyunçusu fikirlərini Fanat.Az-a bölüşüb:
"Çətin olacağını bilirdik. Matç həqiqətən ağır alındı. Həftə boyu bu qarşılaşmaya hazırlaşmışdıq. Rəqib də Premyer Liqadakı debüt oyununda nəticə qazanmaq istəyirdi. Şükürlər olsun ki, matçın sonlarında vurduğumuz qol sayəsində qələbə qazandıq".
Hacıyev "Araz-Naxçıvan"ı da yenməyi hədəflədiklərini bildirib: "Növbəti oyunumuz "Araz-Naxçıvan"a qarşıdır. Rəqib artıq Konfrans Liqasında dörd matça çıxıb. Çempionata hazır olduqlarını düşünürəm. Bizim də qarşımıza böyük hədəf qoyulub. "Araz-Naxçıvan"la matçda da qələbə qazanmağa çalışacağıq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 18 Avqust 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















