“Araz Naxçıvan” “Neftçi” ilə oyuna hazırlaşır
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” məşqlərini davam etdirir.
QOL.az xəbər verir ki, komanda bu gün Binə qəsəbə stadionunda hazırlıq keçib. Zədəli futbolçulardan Miço Kuzmanoviç və Bəxtiyar Həsənalızadə fərdi məşqlə kifayətlənib.
Kollektivlə çalışan Ramon Maçadodan fərqli olaraq Mustafa Əhmədzadənin müalicəsi davam edir.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 28-ci turunda “Neftçi”nin qonağı olacaq. Martın 29-da keçiriləcək qarşılaşma 16:45-də start götürəcək.

“Araz Naxçıvan” “Neftçi” ilə matça hazırlaşır
22 Mart 2025 12:59
Neftçi Araz Naxçıvan la oyuna itkilərlə çıxacaq
25 Yanvar 2025 10:52
“Neftçi” və “Araz Naxçıvan” yarımfinalda
28 Fevral 2025 21:22
“Neftçi” “Araz Naxçıvan”a qalib gəldi
23 Noyabr 2024 22:54
Araz Naxçıvan Neftçi ni qonaq edir
26 Yanvar 2025 09:16
