Icma.az
close
up
RU
“Araz Naxçıvan” qələbənin eyforiyasından qurtula bilmədi Sultanov da belə düşünür, Tahiroviç də

“Araz Naxçıvan” qələbənin eyforiyasından qurtula bilmədi Sultanov da belə düşünür, Tahiroviç də

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Aris”i mübarizədən kənarlaşdıran “Araz-Naxçıvan” “Omoniya” ilə dueldə favorit sayılmasa da, mərhələ keçəçəyinə inananların sayı çox idi. Amma Elmar Baxşıyevin komandası iki oyunda 9 qol buraxmaqla hər kəsin ümidlərinin üzərindən çalın-çarpaz xətt çəkdi.

Belə böyükhesablı məğlubiyyətlərə nə səbəb oldu? “Aris”lə uğurlu oyunlardan sonra komandanın eyforiyaya qapıldığını demək olarmı? Bu nəticənin əsas günahkarı kimdi? Bu sualları kluba yaxında yardım edən menecer Ceyhun Sultanova və sabiq mətbuat katibi Tahir Tahiroviçə ünvanladıq.
Ceyhun Sultanov:

“Bu oyun haqda danışmaq çox çətindi. Çünki ilk mərhələdən sonra müəyyən eyforiya var idi. “Aris”lə oyundan sonra “Omoniya” ilə oyuna hazır ola bilmədilər. Oyun planında düzgün oynamadılar. İqor Ribeyronun yoxluğu da təsir etdi. “Aris”lə oyunlara nisbətdə “Araz-Naxçıvan” istəkli görünmürdü. Çox şeyi deyə bilməyəcəm. Bunu unutmaq, çempionata hazır olmaq lazımdı. Bunu yaddan çıxara bilməsələr, çempionata da yaxşı başlaya bilməyəcəklər. Komandada yaxşı futbolçular var, amma onlar başa düşməlidilər ki, “Araz-Naxçıvan” “Omoniya”dan 9 top buraxmalı deyil. Keçmiş keçmişdə qaldı. Bəli, çarter reysi ilə səfərə çıxa bilməmək də təsir etdi. Nüanslar çoxdu, təəssüf ki, belə alındı. Yenə də komanda iki oyuna doqquz top buraxmamalıydı, mən belə düşünürəm”.


Tahir Tahiroviç:

“Araz-Naxçıvan”ın “Aris”i keçməsi normal oldu. Bəlkə “Aris” tam komplektləşməmişdi, bəlkə “Araz-Naxçıvan”ı ciddiyə almadılar. “Omoniya” isə oturuşmuş komandadı. Bu da təcrübə idi. Amma dünya futbolunda debütantların ciddi uğurlarını görmüşük. Belçikanın “Mexelen” klubu var idi. İlk dəfə qatıldığı Kuboklar Kubokunun qalibi olmuşdu, hətta Superkuboku da qazanmışdı. Tarixdə belə nümunələr var. Amma o “Mexelen” idi, bu “Araz-Naxçıvan”. Müdafiə bir az zəifdi. Hətta deyərdim ki, yox dərəcəsindədi. Buraxılan qollar göz önündədi. Nəzərə alaq ki, dörd oyunda 12 top buraxıldı. Bəlkə “Omoniya” yox, bir az zəif rəqib olsaydı, “diş göstərmək” olardı. Komandanın Avropa təcrübəsi yoxdu. “Araz-Naxçıvan”dan bundan artığını gözləmək doğru olmaz. İlk mərhələdəki qələbə də komandanı eyforiyaya saldı”.

MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Avqust 2025 00:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri