“Araz Naxçıvan” yenə biabırçı hesabla uduzdu
Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində çıxış edən “Araz-Naxçıvan” mübarizəni dayandırıb.
Metbuat.az xəbər verir ki, Naxçıvan təmsilçisi cavab oyununda Kiprin “Omoniya” klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 9-cu dəqiqədə Villi Semedo, 23-cü dəqiqədə Stevan Yovetiç, 30-cu və 45+4-cü dəqiqələrdə Evandro, 79-cu dəqiqədə isə Mateuş Musialovski vurub.
Qeyd edək ki, Bakıdakı ilk oyunda 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” iki görüşün nəticəsinə əsasən rəqibinə 0:9 hesabı ilə məğlub olub və avrokuboklarla vidalaşıb.

