“Araz Naxçıvan”da 3 yeni oyunçu İdmanXəbər
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qış fasiləsi zamanı baş məşqçi postunda Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” futzal klubu çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.
İdmanxeber.az-ın məlumatına görə, son çempion bu günlərdə 3 futzalçı ilə anlaşıb. Vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.
Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib. 34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib.
Mateus Henrique də hücumçudur. Braziliyanın “Marreco” klubundan dəvət olunan futzalçının 26 yaşı var.
Hər 3 oyunçu ilə “5ay+1 il” müddətinə anlaşma əldə olunub. Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 16 Yanvar 2025 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















