“Araz Naxçıvan”da baş məşqçinin taleyi çempionatın sonunda bəlli olacaq” Klubdan ə AÇIQLAMA
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Araz-Naxçıvan”dan mövsümün sonunda bir futbolçunun ayrılacağı iddia olunur.
Məlumata görə, Naxçıvan təmsilçisi hücumçu Ülvi İsgəndərovla əməkdaşlığı davam etdirmək niyyətində deyil. Elmar Baxşıyevin baş məşqçi olduğu dövrdə heyətə cəlb edilən forvardın çıxışı gözləntiləri doğrultmayıb. Bildirilir ki, hazırkı baş məşqçi Andrey Demçenko da futbolçunun oyunundan razı deyil və bu barədə klub rəhbərliyinə məlumat verib.
Məsələ ilə bağlı “Araz-Naxçıvan” Futbol Klubundan İdman.Biz-ə bildirilib ki, bu məlumat doğru deyil.
“Hazırda belə bir qərar yoxdur. Çempionat başa çatdıqdan sonra kimin qalıb, kimin gedəcəyi məlum olacaq. Çünki baş məşqçinin də taleyinə çempionatın yekununda aydınlıq gələcək”, - deyə klubdan saytımıza bildirilib.
Qeyd edək ki, Ülvi İsgəndərovun “Araz-Naxçıvan”la müqaviləsi yayda başa çatır. O, cari mövsüm Premyer Liqada cəmi 4 matçda (80 dəqiqə) meydanda olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 09 Mart 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















