“Araz Naxçıvan”doqquz oyunçusu ilə yolları ayırdı KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
“Araz-Naxçıvan” futzal klubu doqquz oyunçusu ilə yolları ayırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Report”a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Son Azərbaycan çempionu Amirhossein Rasouli, Roman Adamov, Mateus Enrike, Əmir Şocai, Nurlan Məmmədov, Novruz Kazıxanov, Lazar Milosavljeviçi, Əli Quliyev və Ali Rostami ilə vidalaşıb.
Bununla yanaşı Xəzər Ağalızadə, Ülvi Əliyev, Covanni Valerio, Karlos Bartola, Emin Kürdov və Əli Həsənzadənin müqavilələrinin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.
Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Komanda F qrupunda “Ljuti” (Avstriya), PYF (Şotlandiya), və “Sparta” (Şimali İrlandiya) ilə üz-üzə gələcək.
Bu qrupun matçları avqustun 26-31-i aralığında Avstriyada gerçəkləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















