“Araz Naxçıvan“ın Elmar Baxşıyevlə yollarını ayırmasının SƏBƏBİ AÇIQLANDI
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyevlə müqaviləyə xitam verib.
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Muxtar Respublika təmsilçisinin İdarə Heyətinin iclasında qərar qəbul olunub.
Keçirilən iclasda komandanın qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb. Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Elmar Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Azərbaycan Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 26 Dekabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















