Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın futzalçısı: Məqsədimiz əsas mərhələyə yüksəlməkdir

“Araz Naxçıvan”ın futzalçısı: Məqsədimiz əsas mərhələyə yüksəlməkdir

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Araz-Naxçıvan” dünən ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, 9:1 hesablı qələbə sayəsində Azərbaycan təmsilçisi hazırda yer aldığı F qrupunun lideridir.

“Sparta Belfast”la matçda dubl edən Ülvi Əliyev həm görüş, həm də komandanın hədəfləri barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib: “Yaxşı hazırlıq keçmişik, heyətimizi günləndirmək üçün yeni futzalçılar dəvət edilib. Bir sözlə, Avstriyaya tam hazır gəlmişik. İlk oyundakı rəqibimiz də yaxşı analiz edilmişdi. Daha doğrusu, baş məşqçi onlara qarşı necə oynamalı olduğumuzu məşqlərdə başa salmışdı. Yeri gəlmişkən, ötən il də Çempionlar Liqasının ilkin mərhələsinə mərhz onlarla oyunla start vermişdik. İlk oyunda müəyyən həyəcan, adaptasiya problemi olur. Vacib olan qələbə qazanmaq idi, çünki bu cür turnirlərdə səhv bağışlanmır. Böyükhesablı qələbə növbəti oyunlar üçün əla stimul oldu”.

Futzalçı vurduğu qolları kimə həsr etdiyini də qeyd edib: “İlk növbədə çalışdım komandamın qələbəsinə töhfə verim, kömək edim. Qaldı qolları kimə həsr etməyimə, hər zaman məni dəstəkləyən, yanımda olan, ruhdan düşməyə imkan verməyən, qəbələyə səsləyən ailəmə ərməğan edirəm. Ən böyük dəstəkçilərim onlardır”.

Növbəti rəqiblərlə bağlı da fikrini bölüşən futzalçı diqqətli olmağın vacibliyini qeyd edib: “Dünən günün ikinci oyununda da gözlənildiyi kimi, meydan sahibi komanda qalib gəldi. Məğlub olmasına baxmayaraq, Şotlandiya çempionunun da fərqlənmək üçün bir neçə şansı oldu. Baş məşqçimiz hər iki komandanı analiz edib, lazımi məlumatları bizə çatdıracaq. İstənilən halda, diqqətli olmalı, rəqiblərə zəif-güclü prizmasından baxmamalıyıq. Çünki hər oyuna 3 xal verilir. Yenə deyirəm, ani diqqətsizlik, səhv nəticəsində itiriləcək xalların bərpası olmur. Təbii ki, məqsədimiz əsas mərhələyə yüksəlməkdir. Bunun üçün ilkin mərhələni lider kimi başa vurmalıyıq. Tapşırığı yerinə yetirməli, hədəfə çatmalıyıq”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see274

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see266

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see195

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see180

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see168

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see146

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see140

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see131

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see130

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see130

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see128

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see127

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri