Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın mərhələ keçməsi mümkünsüz görünür, “Sabah”ın şansı az deyil”

“Araz Naxçıvan”ın mərhələ keçməsi mümkünsüz görünür, “Sabah”ın şansı az deyil”

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Araz-Naxçıvan”ın evdə 0:4 hesabı ilə uduzması əlbəttə ki, üzücüdür. Sanki həmin gün komandanın oyunu heç cür alınmadı”.

Bu sözləri QOL.az-a açıqlamasında futbol mütəxəssisi Şahin Diniyev deyib.

O, “Araz-Naxçıvan” və “Sabah”ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsin bu gün keçiriləcək cavab oyunundan əvvəl fikirlərini bölüşüb. Bakıda “Omoniya”ya 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın mərhələ keçməsinin mümkünsüz olduğunu bildirən mütəxəssis Kiprdəki matçın də təmsilçimiz üçün asan olmayacağını qeyd edib: “Araz-Naxçıvan” ilk görüşdə həm komanda şəklində, həm də fərdi baxımdan zəif göründü. Komandanın səfərdə də vəziyyəti o qədər də ürəkaçan deyil. Etiraf edək ki, “Omoniya” futbol oynayır. İlk oyunda təsadüfən qalib gəlmədi. Belə komanda ilə səfər matçında geridönüş etmək mümkünsüzdür. Bəli, futbolda belə bir ifadə var ki, mümkünsüz heç nə yoxdur. Ancaq komandaların gücünə baxanda bu, mümkünsüz görünür. Bu, sadəcə “Araz-Naxçıvan” üçün pristij oyunudur. Belə hesabla uduzmağın təsadüf olduğunu sübut etməyə çalışmalıdırlar. Mən inanıram ki, “Araz-Naxçıvan” evdəkindən daha yaxşı futbol oynayacaq”.

Ş.Diniyev Bolqarıstanda keçirilən ilk görüşün 90+8-ci dəqiqəsində buraxdığı qolla uduzan (0:1) “Sabah”ın isə mərhələ keçmək şansının az olmadığını deyib: “Sabah” güc baxımından “Levski” ilə bərabər oynadı. Ancaq səviyyə fərqi öz sözünü deyirdi. “Levski” hər mövqedə savadlı oynayırdı və “Sabah” üçün problemlər yaradırdı. Matçın sonunda “Sabah”a qol vura bildilər. 1:0 hesabı sürüşkəndir. “Sabah”ın vuracağı 1 qol hər şeyi dəyişə bilər. Şanslar bərabərdir. Bəlkə də 55/45-ə “Levski”nin tərəfindərir. Hər iki təmsilçimizə uğurlar arzulayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri