“Araz Naxçıvan”ın üzvləri Uşaq evini ziyarət ediblər
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
"Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla görüşüblər.
525.az xəbər verir ki, Yeni ilin ilk günlərində təşkil edilən görüş uşaqların sosial inkişafına dəstək vermək, onlara idmanın, o cümlədən futbolun faydalarını, sağlam həyat tərzinin əhəmiyyətini anlatmaq və onlarda idmana marağı artırmaq məqsədi daşıyıb.
Görüş zamanı uşaqlar qonaqlar üçün hazırladıqları musiqi nömrələrini və müxtəlif rəqsləri nümayiş etdiriblər. Daha sonra futbolçular uşaqlarla əyləncəli oyunlar oynayıb, onları maraqlandıran sualları cavablandırıblar. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Uşaq evinin sakini Qənirə Zeynalova və Elza Rəsulzadə “Araz-Naxçıvan”ın 16 yaşadək qızlardan ibarət komandasının heyətində çıxış edirlər.
Baxış sayı:32
Bu xəbər 12 Yanvar 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















