Araz və Kür çaylarında brakonyerlik edənlər tutuldu
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb. Həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.
Eyni istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar. Adı çəkilən şəxslərdən sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 26 Fevral 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















