Icma.az
close
up
RU
“Araz”dakı problemlər Zaur Axundovun bunlardan xəbəri var?

“Araz”dakı problemlər Zaur Axundovun bunlardan xəbəri var?

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan” özünə bənzəmir.

Ötən mövsümün əvvəlindəki komanda hara, indiki hara?

Keçən “futbol ili”nin ilk yarısında “Araz”dan xal almaq rəqiblər üçün xoşbəxtliyin zirvəsi sayılırdı. Heyət də indiki qədər güclü və samballı deyildi.

İndi isə rəqiblər “Araz”a xal mənbəyi kimi baxır. 13 oyundan cəmi 5-ni udan “qırmızı-qaralar”, 5 halda bərabərə qalıb, 3-nü uduzublar. Kimə? “Qarabağ”a, “Sumqayıt”a və “Qəbələ”yə.

Baş məşqçi dəyişməyib, həminkidir. Ötən mövsüm komandanı avrokuboklara daşıyıb, Konfrans Liqasında heç kimin gözləmədiyi halda “Aris”i səddini aşan kollektivin əsas söz sahibi Elmar Baxşıyev.

Rəhbərlik dəyişməyib, rəsmilər yerindədir, hətta inzibatçılar da. Heyət də əvvəlkindən güclüdür ki, zəif deyil.

Bəs nəticələr niyə ürəkaçan deyil?

Başlıca səbəb komandanı ağuşuna alan zədə epidemiyasıdır. Biri sağalır, o biri sıradan çıxır, o qayıtmamış başqası ayağını tutur. Biri başını, digəri qarnını. Yaydan bu yaya nə qədər itki olub? Ramon Maçado, Əyyub Allaş, Mustafa Əhmədzadə, İsuf Paro, Bəxtiyar Həsənalızadə, Rahil Məmmədov, Çarles Boli.

“Araz” mövsüm ərzində ən çox zədəli futbolçusu olan komanda, Elmar Baxşıyev isə tam heyətlə məşq keçmək sarıdan əziyyət çəkən məşqçi statusunu inamla qorumaqdadır. Naxçıvanlılar geridə qalan 13 futbol həftəsi ərzində bir dəfə də olsun tam tərkibdə məşq etməyib.

Problem bununla bitsəydi, dərd yarı.

“Araz”ın ən böyük səhvi yayda İqor Ribeyronu “Neftçi”yə satmaq oldu. Kimi də satsalar, İqoru saxlamaq lazım idi. Çünki bu adam komandanın yarısı, müdafiənin dirəyi, rəqib hücumçular üçün kabus idi. Adı mərkəz müdafiəçisi olsa da, meydanın hər yerinə ayaq basırdı.

O gedəndən arxa xəttə “bardak”ı xatırladır. “Araz” 13 matçda qapısından 20 top buraxmaqla “Kəpəz”lə “Karvan-Yevlax”dan sonra topu qapısından ən çox çıxaran kollektivdir. Hətta “İmişli”, “Şamaxı”, “Qəbələ”nin qapıçıları belə, Avraam qədər üzülməyib.

Ötən mövsüm Ramon Maçado-Felipe Santos tandemi yadınızdadır? Kim idi onların qarşısını kəsən? Sanki 9 ay ikisini də eyni ana bətnində daşıyıbmış kimi möhtəşəm anlaşırdılar. Bir-birini gözüyumulu başa düşürdülər. İkisi bir yerdə komandanın 80-90 faizi sayılırdı.

Felipe Ramonsuz, Ramon da Felipesiz qanadsız quş kimidir. Tandemin “Qəbələ”dən başlayan uğurlu seriyası “Araz”da davam edirdi. Yayda Maçadonun zədələnərək uzun müddətə sıradan çıxması Santosu da kökdən saldı.

Düzdür, Ramon son oyunlarda meydana çıxıb. Ancaq əvvəlki formasından uzaqdır. Xoş günlərini xatırlatmaq üçün zamana ehtiyacı var. Orqanizmini möhkəmləndirməli, intensivliyini artırmalı, oyun təcrübəsini yaxşılaşdırmalıdır.

Santosun isə sanki problemi var. Özü ilə bağlıdır, ailəsi ilə, yoxsa klubdakılarla – demək çətindir. Axtarıb tapmaq, çözmək lazımdır.

“Araz”ın problemi Elmar Baxşıyev olsaydı, klubun səbrsiz rəhbəri Zaur Axundov çoxdan səsini çıxarmışdı. İllərdir futbolun içində olan Axundov problemlərin nədən və haradan qaynaqlandığını yaxşı bilir.

Zədəlilər sıraya qayıtsın, Felipenin əhvalı düzəlsin, Ramon özünə gəlsin, qışda İqor Ribeyro səviyyəsində mərkəz müdafiəçisi alınsın, vəssalam.

Kim duracaq “Araz”ın qabağında?

HƏBİB / SPORTİNFO.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2025 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri