Icma.az
close
up
RU
“Araz”ı ayırdılarmı? Yox, sadəcə, yolda bir az yubanıb...

“Araz”ı ayırdılarmı? Yox, sadəcə, yolda bir az yubanıb...

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın Konfrans Liqasındakı məğlubiyyətini heç istəmirdim. Allah şahiddi ki, bütün klublara eyni gözlə baxıram, birini digərindən fərqləndirmirəm. Amma “boz qurdlar”a bir ayrı yüksəliş arzulayırdım, onu dana bilmərəm. Məsələn, təxminən eyni vaxtda “Sabah” da uduzub, heç vecimə deyil.

Mia.az xəbər verir ki, UEFA Konfrans Liqasında çıxış edən “Araz-Naxçıvan” həm ev, həm də səfər oyununda böyükhesablı məğlubiyyətdən sonra bu gün Premyer Liqanın ik turunda ilk görüşünü keçirəcək. “Boz Qurd”lar bu oyuna çatmaq üçün səfər oyununa getdikləri ölkədən Vətənə minbir əziyyətlə dönüb. Premyer Liqa oyunu bu səbəbdən bir gün sonraya keçirilib.

Bir tərəfdən də “Araz”ın Avroliqa oyunlarında məğlubiyyətinin səbəbləri barədə çox fikir söyləmək istəyirsən. Amma nə olursa olsun, “Araz”-ın təsadüfən Avroliqaya düşdüyünü söyləmək ən azı insafsızlıqdı. Ötən mövsüm Premyer Liqada (PL) 3-cü yerə elə-belə gəlmədi onlar. Dişiylə-dırnağıyla qazandılar. Nə qədər hakim haqsızlıqları oldu, hər kəs şahiddi. 

Digər tərəfdən, yerli məşqçilərin içində Elmar Baxşıyev qədər tənqidə tolerant və həmçinin özünütənqidə yer verən çox azdı. Keçən il Avroliqada uğursuz seriya yaşayan “Qarabağ” da hətta ən dayanıqlı azarkeşləri tərəfindən linç edilirdi? Qurban Qurbanovu istefaya çağırırdılar. Yəni, uduzmaq pis şeydi. Amma “Araz”ın məğlubiyyətini şişirdib üzünə vurmaq və bunu aparıb Baxşıyevin şəxsinə bağlamaq heç etik deyil məncə.
Klubun maddi imkanlarımı zəifdi? Bəli. Onsuz da Premyer Liqada elə də varlı klublarımız yoxdu.

İlk 3-lükdə “Sabah” və “Neftçi” var, nə olsun? Pulla nəyə qadir olublar? Araz”ın oyununun nəyi pisdi adını yazdıqlarımın yanında?

Bir komandanın uduzması nə pulla əlaqəlidi, nə onun harada məşq etməsiylə, nə də baş məşqçisi ilə. Biz bunu Premyer Liqa oyunlarında görürük. Sadəcə, danılmaz bir həqiqət var ki, səndən daha güclü bir rəqibə rast gələrsən, yaxud oyun zamanı hansısa kiçik bir taktiki səhvə yol verərsən və budur, məğlubiyyət qapını döyür. 

“Araz”ın Avroliqa məğlubiyyətinə niyə təkrar dönürəm?

Çünki avqustun 18-də onların PL-in birinci turunda “Zirə” ilə oyunu vardı, həmin oyunu bu günə keçiriblər. Guya vətənə uçuş biletlərinin saatı ilə əlaqədar hansısa bir vəziyyət varmış. Yəni, “Omoniya” ilə oyundan sonra komanda nəzərdə tutulmuş vaxtda ölkəyə qayıda bilməyib. Pul tapmayıblar bilet almağa. 

Amma bu səbəbin adı da pulsuzluq deyil, hörmətsizlikdi. Komanda rəhbərliyinin məğlubiyyətə təpkisidi. Elmar Baxşıyevə verbal hədədi. Komandanı aşağılamaq və əzməkdi. Premyer Liqada ilk oyun ərəfəsində futbolçuların heysiyyəti ilə oynamaqdı. Acığını çıxmaqdı. Yenə sayım?

İllərdi, Naxçıvan stadionuna əl gəzdirib muxtar respublika azarkeşini sevindirmək, orada futbolun inkişafına rəng qatmaq əvəzinə siyasi səbəblərin arxasında gizlənməyə çalışan klub rəhbərliyinin mənim nəzərimdə alicənablıqdan uzaq davranışıdı bu həmçinin. Bəzən forsundan yerə-göyə sığmayan klub rəhbərlərinin bəsit mahiyyətinin peçatıdı belə hərəkətlər. 

Bakıdakı oyun günü “Omoniya” klub prezidentinin ad günüymüş. Dedilər, onun ad gününə hədiyyəymiş o 4 qol. Nə dərəcədə əsası var, bilmirəm təbii ki. 

Nə gizlədim, mən buna inanmağa bir az meyilliyəm. Çünki, Azərbaycan millisi də Belarusla oynayanda Lukaşenkonun ad günüydü, onda da dedilər, Belarusiya prezidentini Azərbaycan millisinin qapısına vurulan qolla təbrik ediblər.

Keçən il “Qarabağ” Avrokuboklarda oynayanda da bizə Zəfər Bayramında qol sevinci yaşatmışdılar. Bayram günləri, ad günləri daha nə bilim, bunun Halloveni-filanı var, bunlara beyin olaraq köklənmiş futbol sevgisi yaşayırıq biz hazırda. Oturub ağlamalı vəziyyətimiz var.

Bu gün biz Zirə stadionuna getməliyik, oyuna. İnanın, mən “Araz”ın oyununa baxmaq üçün Naxçıvana getməyə razıyam, nəinki Zirə kəndinə. Sonuncunu hədəfimə almıram, əstəğfürullah. 

Müqayisə edirəm sadəcə.

Zülfiyyə Mustafayeva
Mia.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://mia.az
archiveBu xəbər 19 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri