Icma.az
close
up
RU
Arazın o tayında işıqucu görünür: İranda bu məsələni dəyərləndirirlər

Arazın o tayında işıqucu görünür: İranda bu məsələni dəyərləndirirlər

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Prezidentinin Azərbaycana səfəri olduqca vacib bir hadisədir. Bəllidir ki, uzun müddətdir iki dövlət arasında münasibətlər mövcud olsa da, zaman-zaman bu münasibətlər müəyyən soyuma dövrü yaşayıb. Danılmaz bir faktdır ki, müəyyən dairələr, həm İranın daxilində, həm də xaricində  heç bir zaman İranla Azərbaycan münasibətlərinin daim sıx olmasında maraqlı olmayıblar”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, məlum səfirlik hadisəsindən sonra İranla Azərbaycan arasında müəyyən bir soyuma müşahidə olunsa da, sonrakı mərhələdə həm Azərbaycanın, həm də İranın siyasi rəhbərliyinin bu məsələ ilə bağlı konstruktiv mövqe sərgiləməsi, xüsusilə də Azərbaycanın bir çox məsələlərdə mövqeyini sırf bölgədə sülh və təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən ön plana çəkməsi bu münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərdi:

“Bu səfər zamanı çox vacib sənədlər imzalandı və həmin sənədlər regionda mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizləri və nəqliyyat infrastrukturu ilə bağlıdır. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı aparılan danışıqlar və əldə olunan qərarlar önəmlidir. Bu, həm İran, həm də Azərbaycan üçün olduqca əhəmiyyətli bir nəqliyyat layihəsi hesab olunur”.

Deputat Zəngəzur dəhlizi ilə bağlı danışarkən əlavə edib ki, proseslərin müsbətə doğru getdiyinin şahidi oluruq:

“Ən azından indi bilirik ki, İran üzərindən Araz dəhlizinin infrastrukturunun yaradılması ilə bağlı zəruri işlər həyata keçirilir. Azərbaycan tərəfindən görülən işlər demək olar ki, yekunlaşmaq üzrədir və İran tərəfi də bu prosesdə çox qətiyyətlidir. İran maraqlıdır ki, Araz nəqliyyat dəhlizi tam gücü ilə işləsin.

Zəngəzur dəhlizinin açılması məsələsinə gəldikdə isə təxmin etmək olar ki, İranın mövqeyi bu məsələdə dəqiqdir. Əgər bu dəhlizin açılması İranın milli maraqlarına zidd deyilsə, təbii ki, İran bunun əleyhinə çıxmaz. İqtisadi baxımdan bu, maraqlı da ola bilər: Araz dəhlizi tam gücü ilə işləsin, eyni zamanda Zəngəzur dəhlizi də bu prosesin alternativi kimi dəyərləndirilə bilər. Hətta Zəngəzur dəhlizinin açılması İran üçün əlavə üstünlüklər gətirə biləcək bir layihədir və təxmin etmək olar ki, İranda da bu məsələni dəyərləndirirlər”.

Azər Allahverənov həmçinin bildirib ki, Azərbaycan–İran münasibətləri strateji mahiyyət daşıyan münasibətlərdir:

“Cənab Prezident çıxışında xüsusilə qeyd etdi ki, iki dövlət arasında çox mühüm danışıqlar aparıldı, fikir mübadiləsi oldu və bu istiqamətdə görülən işlər bilavasitə önəmli məsələləri əhatə etdi. Bu kimi yanaşmalar bir daha göstərir ki, Azərbaycan–İran strateji münasibətləri hər iki dövlətin xarici siyasət kursunda xüsusi yer tutur. Bu münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi ilə bağlı niyyət həm imzalanmış sənədlərdə, həm də sonrakı mərhələlərdə səsləndirilən fikirlərdə, xüsusilə də gələcək əməkdaşlıq perspektivlərində  əks olunub. Məhz bu nöqteyi-nəzərdən deyə bilərik ki, İranın Azərbaycanla bağlı xarici siyasət kursunda çox vacib nüanslar var. Bu nüanslar bilavasitə sülh və təhlükəsizliyə xələl gətirməyəcək əməkdaşlığın sərgilənməsindən irəli gəlir”.

Deputat qeyd edib ki, İran və Azərbaycan müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq edirlər. İstər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, istərsə də D-8 təşkilatında iki ölkə qarşılıqlı dəstək çərçivəsində əməkdaşlıq münasibətləri qurublar.

Cavid Mirzə
 Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri