Icma.az
close
up
RU
ArazNaxçıvan Kəpəzi necə məğlub etdi?

ArazNaxçıvan Kəpəzi necə məğlub etdi?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Kəpəz (Gəncə) - Araz-Naxçıvan 0:2 (0:1)
1. Rojerio Santos - 6,0
5. Rauf Hüseynli - 5,5
29. Viktor Braqa - 5,5
78. Yeqor Xvalko (k) - 5,0
3. Mahamadu Ba - 5,5
(99. Əli Səmədov, 83) - qiymətsiz
12. Turan Manafov - 5,5
26. Valdemar Almeyda - 5,5
(19. Lassana Ndiaye, 81) - qiymətsiz
29. Dioqo Verdaska - 5,5
77. Viktor Braqa - 5,0
(10. Karim Lkoça, 46) - 5,0
7. Ehtiram Şahverdiyev - 5,0
(21. Camal Cəfərov, 69) - 4,5
11. Orxan Əliyev - 5,0
(70. Nicat Süleymanov, 46) - 6,0
9. Luis Paçu - 6,5
Ehtiyat oyunçular
22. Məmməd Hüseynov
80. Tural Rzayev
20. Mahir Həsənov
17. Ümid Səmədov
15. Cavad Kərimov
97. Nicat Məmmədov
Baş məşqçi: Azər Bağırov
Komandanın ən yaxşısı: Luis Paçu
12. Kristian Avram - 6,0
2. Slavik Alxasov - 6,0
3. Bəxtiyar Həsənəlizadə - 5,5
4. İqor Ribeyro (k) - 5,5
23. Nuno Rodriges - 5,5
(24. Mustafa Əhmədzadə, 62) - 4,5
26. Ömər Buludov - 5,5
5. Qara Qarayev - 5,5
(10. Bernardo Dias, 69) - 6,0
21. Sezar Meza Kolli - 6,0
(14. Miço Kuzmanoviç, 62) - 5,0
29.Vanderson Melo - 5,5
16. Ramon Maçado - 7,0
(17. İssuf Paro, 88) - qiymətsiz
97. Felipe Santos - 6,5
(7. Ülvi İsgəndərov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
94.Tərlan Əhmədli
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Ramon Maçado
Qollar: F.Santos, 25 (0:1, N.Rodriges). B.Dias, 86 (0:2, R.Maçado).
Vərəqələr: M.Ba, 43 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 74 (qeyri-idman hərəkəti). S.Alxasov, 88 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami (Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Emin Cəfərov (Bakı).
22 noyabr. Tovuz. Şəhər stadionu. 650 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Komandalar elə fərqli hədəflər uğrunda oynayır ki, 14-cü turun açılış matçı ilə bağlı bəlkə də hansısa intriqa gözləməyə dəyməzdi. “Araz-Naxçıvan” avrokuboklara vəsiqəyə can atdığını gizlətmir. “Kəpəz” isə Azər Bağırovun “sükan arxasına” gəlişindən sonra bir qədər canlansa da, yenə də elitada yerini qorumaq üçün çarpışır. Özü də son vaxtlar “Araz-Naxçıvan”ın oyunları ilə bağlı maraqlı tendensiya sezilir. Adətən, “qırmızı-ağlar” “Qarabağ”dan əvvəl meydana çıxaraq, qələbə sayəsində zirvəni ələ keçirir, amma ya elə həmin gün, ya da ertəsi ağdamlılar onları “taxtdan salır”.
Meydana qələbə istəyi ilə çıxdığı dərhal göstərən qonaqlar 8-ci dəqiqədə hesabı açsa da, yan xətt hakiminin bayrağı havaya qalxdı. Maçado oyundankənar vəziyyətdə idi. Cəmi 1 dəqiqə sonra Felipe – Sezar - Maçado kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə bitirdi. 15-ci dəqiqədə Vandersonun qapı qarşısına ötürməsini Santos qeyri-dəqiq baş zərbəsi ilə tamamladı. Ardıcıl hücumlar 25-ci dəqiqədə bəhrə verdi. Nuno Rodriges topu cərimə meydançasına göndərdi, Felipe Santos o qədər də möhkəm olmayan, amma dəqiq zərbə ilə hesabı açdı. 34-cü dəqiqədə naxçıvanlılar 2-ci qolu “Kəpəz”in qapısından keçirməyə yaxın oldu. Amma Meza Kollinin zərbəsini Rojerio dəf etdi. İlk hissənin sonlarına yaxın Alxasovun cərimə zərbəsindən qapıya göndərdiyi topun qarşısını da Rojerio aldı.
İkinci hissədə meydanda fərqli bir “Kəpəz” gördük. 67-ci dəqiqədə Nicat Süleymanovun uzaqdan baxımlı zərbəsini Avram gözəl seyvlə dəf etdi. 75-ci dəqiqədə Maçadonun ofsayddan vurduğu daha bir qol ofsayd üzündən sayılmadı. 78-ci dəqiqədə Nicat bir daha uzaqdan bəxtini sınasa da, zərbəsində azacıq dəqiqlik çatmadı. 85-ci dəqiqədə Rauf Hüseynli topu autdan oyuna daxil etdi. “Kəpəz”in kapitanı Xvalkonun topa laqeyq yanaşması qonaqların fərqi artırmasına gətirib çıxardı. Xvalkodan topu alan Ramon irəliləyib, qapı qarşısına ötürmə verdi. Dias isə tək toxunuşlu zərbə ilə topu tora qovuşdurdu - 0:2. Beləliklə, “Araz-Naxçıvan” məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdırmaqla zirvəyə qayıtdı. Bu dəfə də ən azı birgünlüyə.
Gözdən qaçmadı
* Demək olar ki, gəncəli azarkeşlər baş hakimin bütün qərarlarına etiraz edirdi. Elçin Məsiyev “Kəpəz”in baş məşqçisi Azər Bağırova xəbərdarlıq edəndə də azarkeşlər sakit dayanmadı.
* “Kəpəz” ikinci hissədə hücumların intensivliyini artırdığı vaxt “Xəmsə” də fəallaşdı.
* “Sektor 85” yenə tribunada yox idi.
* Referi Azər Bağırova sarı vərəqə göstərəndə gəncəli azarkeşlərdən biri “Azər, vur onu, biz burdayıq” dedi.
ƏSƏD SEYİDOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Noyabr 2024 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri