“ArazNaxçıvan” rekordunu təkrarlayıb İdman və Biz
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Araz-Naxçıvan” bir mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. Elmar Baxşıyevin yetirmələri cari çempionatda 9-cu dəfə qalib gəlib.
İdman.biz xəbər verir ki, Naxçıvan təmsilçisi Misli Premyer Liqasının XIII turunda “Sumqayıt”ı bir qolla məğlub edib.
“Araz-Naxçıvan” bunadək mövsüm ərzində ən çox qələbəni ötən çempionat əldə edib. Komanda 2023/24 mövsümünün 36 görüşündə 9 dəfə üç xala sevinib. Bu dəfə Baxşıyevin yetirmələri eyni sayda qələbəni 13 matçda qazanıb. Növbəti qələbə yeni rekordla əlamətdar olacaq.
Qeyd edək ki, Naxçıvan klubu mübarizəni erkən dayandırdığı çempionatı saymasaq, yüksək dəstədə 4-cü mövsümünü keçirir.
İdman.biz
Baxış sayı:121
Bu xəbər 11 Noyabr 2024 09:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















