Icma.az
close
up
RU
“ArazNaxçıvan”dan tarixi uğur, “Turan Tovuz”dan əzmkar qələbə

“ArazNaxçıvan”dan tarixi uğur, “Turan Tovuz”dan əzmkar qələbə

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli premyer-liqasında hər turun müəyyən özəllikləri olur.

Məsələn, bu dəfə “Araz-Naxçıvan” tarixi ilk yaşadı, Qurban Qurbanovla Vasili Berezutskinin ilk dueli gerçəkləşdi, Samir Abasov Sumqayıt səfərindən boynubükük döndü. Bir sözlə, axtaran Azərbaycan çempionatında da çoxlu cazibədar məqam tapa bilər!
Tur “Səbail” – “Araz-Naxçıvan” oyunu ilə start götürdü. Meydan sahibləri 1 xal da qazana bilmədi. Baxmayaraq ki, onlar oyunboyu can qoydular, daim qol axtarışında oldular. Amma “dənizçilər”in heyətində nə Felipe Santos var, nə də Ramon Maçado! Odu ki, “qırmızı-ağlar”ın növbəti qələbəsinə təəccüblənməyə dəyməz. Həm də tarixi qələbəsinə!
Axı premyer-liqada 4-cü mövsümünü keçirən Naxçıvan təmsilçisi tarixdə ilk dəfə ölkə çempionatında turu 1-ci pillədə başa vurub. “Araz-Naxçıvan” buna qədər heç vaxt turu 1-ci yerdə bitirməmişdi. Elmar Baxşıyev avrokuboklara vəsiqə uğrunda mübarizədəki əsas rəqiblərinin müxtəlif səbəblərdən başının qarışmasından ustalıqla yararlanır, xal ehtiyatını artırır. Cavid Hüseynov isə “heyət kasaddı” deyib durur, qış fasiləsini gözləyir.
Turun mərkəzi görüşündə qalib müəyyənləşmədi. 90 dəqiqə ərzində meydanda əsl mübarizə getdi. Xüsusən də 2-ci hissə futbol həvəskarlarının zövqünü oxşadı. Ümumilikdə oyunu iki hissəyə bölə bilərik. Birinci hissədə söz sahibi “Sabah” idisə, ikincidə “Qarabağ” dominantlığı ələ almağı bacardı. Bu heç-heçə “köhlən atlar”a baha başa gəldi. Düzdü, ağdamlılar hələ də itirilməyən xallara görə liderdi. Ancaq belə liderlik başqadı, real liderlik başqa! Hər halda, Qurban Qurbanov oyunsonrası mətbuat konfransında heç-heçənin ədalətli nəticə olduğunu söyləməyi lazım bildi və doğrunu dedi.
“Kəpəz” – “Zirə” oyunu meydan sahiblərinin darmadağını ilə bitdi. Gəncə klubu qış fasiləsində ciddi şəkildə güclənməsə, elitadan gedəcəkdi. Bu həqiqət artıq hər kəsə gün kimi aydındı. Əlbəttə, “sarı-göylər” bu gün “Səbail”dən bir addım öndə olması ilə öyünə bilər. Amma bu kövrək üstünlükdü. Elə həmin “Səbail” də qış fasiləsində güclənəcək. Hər halda, əcnəbi futbolçuların Gəncəni yox, Bakını seçməsi daha realdı.
“Sumqayıt” – “Neftçi” oyununda “gənclik şəhəri”ndə yaşayanlar qonaqların baş məşqçisi Samir Abasova sərt üzünü göstərdi. Düzdü, Samir bəy oyunsonrası mətbuat konfransında azarkeşlərin üstünə getmədi, onları kiminsə öyrətdiyini vurğulamaqla kifayətləndi. Amma Abasovun pərtliyi ortada idi. Yenə azarkeşlərin münasibətinin əvəzində qələbə qazanmaq mümkün olsaydı, dərdyarı. “Neftçi”nin futbolçuları Sumqayıtda sanki “kim çox səhv edəcək” yarışına girmişdi. Samir bəy onu düz deyir ki, bu futbolçuların əksəri ağ-qara formanı geyməyə layiq deyil. Bunu etiraf etmək nə qədər çətin olsa da!
Turun son matçında hər iki komanda baxımlı oyun nümayiş etdirirdi. Tovuzlular iki dəfə hesabda geri düşdü və hər dəfə də bərabərlik qolunu vurmaq üçün özündə güc tapdı. 4-cü uzatma dəqiqəsində qələbə topunu vuran panamalı Roderik Miller onların qəhrəmanı oldu. “Turan Tovuz” kubokda mübarizəni dayandırandan sonra premyer-liqadan daha möhkəm yapışmalıdı. “Şamaxı”dan isə danışmağa dəyməz. Ayxan Abbasovun komandası 9 turdu qələbəyə həsrətdi.
Misli premyer-liqası 
2-ci dövrə, 16-cı tur 
7 dekabr
Səbail - Araz-Naxçıvan 0:2 
Sabah - Qarabağ 1:1
8 dekabr 
Kəpəz - Zirə 0:4
Sumqayıt - Neftçi 2:0
9 dekabr
Turan Tovuz - Şamaxı 3:2

Bombardirlər: Felipe Santos (Araz-Naxçıvan) – 8, Coy-Lens Mikels (Sabah), Davit Volkov (Zirə), Leandro Andrade (Qarabağ) – 7.
ƏSƏD SEYİDOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Dekabr 2024 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri