Arben Ramkaj: Albaniyanın Azərbaycanla əməkdaşlığı strateji xarakter daşıyır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, Günel Türksoy, AZƏRTAC
Albaniya Qərbi Balkanlar və Cənub Şərqi Avropa regionunda mühüm geosiyasi və strateji əhəmiyyətə malik ölkədir. O, NATO-nun tam hüquqlu üzvü, İslam Əməkdaşlıq Təşkilatının fəal iştirakçısı, Frankofoniya məkanının bir hissəsi, Aralıq dənizi təşəbbüslərində etibarlı tərəfdaş və Avropa İttifaqına üzvlük yolunda ardıcıl islahatlar aparan ciddi namizəddir. Eyni zamanda, Albaniya beynəlxalq sülh və təhlükəsizlik missiyalarında o cümlədən terrorizmə qarşı qlobal koalisiyada fəal iştirak edir. Bu çoxşaxəli beynəlxalq mövqe Albaniyanı Şərq və Qərb arasında unikal mədəni və diplomatik körpüyə çevirir. Məhz bu baxımdan Azərbaycanla əməkdaşlıq strateji xarakter daşıyır və böyük potensiala malikdir.
Bunu AZƏRTAC-a müsahibəsində Albaniya Beynəlxalq Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü, akademik Arben Ramkaj deyib.
Akademik hazırda iki ölkə arasında münasibətlərin iqtisadi, siyasi, mədəni və təhlükəsizlik sahələrində ardıcıl və dinamik şəkildə inkişaf etdiyini vurğulayıb və qeyd edib ki, hər iki dövlətin həm İslam dünyası, həm Avro-Atlantik məkan, həm də İsraillə möhkəm və etibarlı əlaqələrə malik olması dialoq, vasitəçilik və sülh quruculuğu istiqamətində birgə təşəbbüslər üçün geniş imkanlar yaradır: “Bu kontekstdə Albaniya Azərbaycanın Cənub Şərqi Avropaya açılan strateji tərəfdaşı, Azərbaycan isə Albaniyanın Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmləndirilməsində əsas platforma rolunu oynaya bilər. İki xalq arasında mövcud olan qarşılıqlı hörmət və etimad münasibətlərin əsas dayağıdır. Xüsusilə Prezident İlham Əliyevin liderliyinə və müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinə göstərilən yüksək ehtiram bu əlaqələrin möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir. Məhz bu amil Azərbaycan Albaniya strateji tərəfdaşlığının davamlı şəkildə dərinləşməsini təmin edir”.
Müsahibənin geniş variantı tezliklə AZƏRTAC-da yayımlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 25 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















