Icma.az
close
up
RU
Arda Güler ətrafında gərginlik artır

Arda Güler ətrafında gərginlik artır

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real Madrid”in yarımmüdafiəçisi Arda Güler ətrafında ciddi böhran iddiaları gündəmə gəlib. Gənc futbolçunun kifayət qədər oyun vaxtı və etimad almadığını düşündüyü, bu səbəbdən texniki heyətlə münasibətlərin xeyli soyuduğu bildirilir.

İdman.Biz xəbər verir ki, Çempionlar Liqasında “Benfika” ilə keçirilən oyunda əvəzlənəndən sonra baş məşqçi Alvaro Arbeloaya etiraz edən Arda Gülerin bu davranışı klub daxilində narazılığı daha da artırıb. İspan mediasının yazdığına görə, baş verənlərdən sonra futbolçu ilə texniki heyət arasında əlaqələr ciddi şəkildə zədələnib.

Məlumatlarda qeyd olunur ki, “Real Madrid”in soyunub-geyinmə otağında atmosfer getdikcə gərginləşir. Klub daxilində oyun vaxtı və rolların bölgüsündə ədalətsizliyin olduğu barədə fikir formalaşıb. Xüsusilə bəzi futbolçuların davamlı olaraq ön plana çəkilməsi digər oyunçular arasında narazılıq yaradır.

İddialara əsasən, komanda daxilində prioritetin Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqem olduğu düşüncəsi güclənib. Texniki heyətin əsas diqqətini bu futbolçuları məmnun etməyə yönəltdiyi, digər oyunçuların isə ikinci plana keçdiyi vurğulanır.

Bu vəziyyətin mərkəzində Arda Gülerin dayandığı bildirilir. “El Nacional” nəşrinin yazdığına görə, peşəkar davranışına və göstərdiyi səylərə baxmayaraq, o, lazımi etimadı və oyun vaxtını almadığını düşünür. Gənc futbolçu hansı performansı göstərməsindən asılı olmayaraq, texniki heyətin seçimlərinin dəyişmədiyinə inanır və bu durum onun səbrini tükəndirib.

İddiaya görə, Arda Güler digər futbolçuların səhvə yol verdikdə dərhal kənara çəkildiyi halda, Cud Bellinqemə şərtsiz dəstək göstərilməsini anlamaqda çətinlik çəkir. Bu yanaşmanın məyusluğu daha da artırdığı qeyd olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri