Arda Güler İspaniya mətbuatının tənqid hədəfinə tuş gəldi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Real"ın "Valensiya" üzərindəki qələbəsinə (2:0) baxmayaraq komandanın gənc ulduzu Arda Güler İspaniya mətbuatının sərt tənqidinə məruz qalıb.
QOL.az xəbər verir ki, yerli media türkiyəli futbolçunun performansını qeyri-kafi qiymətləndirib. Jurnalistlər onun komanda oyununa uyğunlaşa bilmədiyini və gözləntiləri doğrultmadığını iddia ediblər.
Xüsusilə "Cadena SER" radiosu gənc yarımmüdafiəçi barədə olduqca sərt fikirlər səsləndirib:
"Onun lazımi keyfiyyətləri yoxdur. O, heç vaxt yeni Modriç olmayacaq. Arda istedadlıdır, keyfiyyətli oyunçudur, amma komandanın hazırda axtardığı səviyyədən uzaqdır".
"Real"ın sabiq futbolçusu Rafa Alkorta da Ardanı tənqid edənlərə qoşulub. O, futbolçunun müdafiəyə kömək etməməsindən şikayətlənib:
"Hamımız görürük ki, o, yaxşı oyunçudur, meydanda ən yaxşı sol ayaq ondadır. Amma o, Türkiyədəki kimi oynamaq istəyir. İstəyir ki, bütün komanda ona işləsin, o da meydanda sərbəst olsun. Ancaq burada işlər belə getmir. Arda sadəcə son ötürməni düşünməməli, yarımmüdafiəyə və müdafiəyə daha çox kömək etməlidir. Bunu isə etmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 09 Fevral 2026 22:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















