Icma.az
close
up
RU
Arda Gülərin tarixi çıxışı manşetlərdə

Arda Gülərin tarixi çıxışı manşetlərdə

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çempionlar Liqasında “Bavariya” ilə “Real” arasındakı tarixi oyunu Arda Gülərin sayəsində türk dünyası da böyük qürurla izlədi. Əslində heç vaxt yüksək məhsuldarlıqla seçilməyən 21 yaşlı türkiyəli yarımmüdafiəçi bir-birindən gözəl iki qolu sayəsində gecəyə damğa vurdu.

5 rekordu birdən yenilədi!
Artıq 35-ci saniyədə Manuel Noyerin yanlış ötürməsini ələ keçirən Arda topu saxlamadan təxminən 40 metrdən əla zərbə ilə qapıdan keçirdi. İlk yarının ortalarında isə o növbəti dəfə istedadını nümayiş etdirərək cərimə zərbəsini mükəmməl yerinə yetirdi. Noyer topa toxunsa da, komandasını xilas edə bilmədi. Onun çarəsiz şəkildə qapının yan torunun üzərinə yıxılması ortaya maraqlı görüntünün çıxmasına səbəb oldu. Arda bu oyunda tək yaxşı yox, həm də pis mənada fərqlənməyə macal tapdı. Belə ki, final fitindən sonra hakim Slavko Vinçiçə sərt şəkildə etirazını bildirdiyinə görə birbaşa qırmızı vərəqə aldı. Ancaq bu məqam o qədər də prinsipial əhəmiyyət daşımır. İstənilən halda “Real” üçün ÇL macərası artıq bitmişdi və Türkiyə yığmasının üzvü cəzasını yalnız gələn mövsüm çəkəcək.
Arda Gülər bu oyunda nə az, nə çox – düz 5 rekordu birdən yenilədi! 35-ci saniyədə gələn qol ÇL-də mövsümün ən erkən qolu oldu. Bu, eyni zamanda turnir ÇL adı ilə keçirilməyə başladığı vaxtdan bəri “Real”ın vurduğu və “Bavariya”nın buraxdığı ən erkən qol oldu. 21 yaş 49 günlüyündə fərqlənən Arda Məsut Özili (24 yaş 22 gün) geridə qoyaraq “Real” tarixində ÇL-də cərimə zərbəsindən qol vuran ən gənc futbolçu oldu. Bura Ardanın ÇL-in pley-offunda bir oyunda iki qol vuran ilk türkiyəli futbolçu olmasını da əlavə edək. Bu da son deyil. Arda Gülər Kriştiano Ronaldo və Roberto Karlosun ardından “Real”ın heyətində ÇL matçında cərimə mçeydançası xaricindən ən azı iki qol vuran 3-cü futbolçu oldu. Bu başgicəlləndirici faktlar sayəsində Arda Gülər matçdan sonrakı 24 saat ərzində bəlkə də sosial şəbəkələrdə və futbol dünyasında ən çox müzakirə olunan şəxsə çevrildi. Sabiq dünya ulduzları da onun oyununa və qollarına biganə qala bilmədi. Hətta “Mançester Siti”nin ulduzu Erlinq Holann da “Snapçat” hesabından Ardanın qol sevincini paylaşaraq ora “bu an üçün doğulmaq...” ifadəsini yazdı. “Marka”, “As”, “Sport”, “Mundo Deportivo” kimi İspaniyanın aparıcı nəşrləri də Ardanı manşetlərə yerləşdirdilər. 40 yaşlı dünyaca ünlü qapıçı Noyer özü də oyunsonrası açıqlamasında gənc ulduzu tərifləməyi lazım bildi:

“Ötürməni Stanişiçə vermək istəyirdim. Ayağım topa yaxşı dəymədi. Arda Gülər isə topu saxlamadan çox yaxşı zərbə endirdi. Sol ayağı ilə əla zərbələr vurmaq bacarığına malik olduğunu cərimə zərbəsi zamanı da göstərdi. Belə zərbələr onu başqalarından fərqləndirən özəllikdi”.


“O, layiq olduğu dəyəri görmür”
Həm Arda, həm də “Real” fanatları üçün yeganə üzücü məqam o oldu ki, bu qollar komandanı növbəti mərhələyə daşımadı. Bu arada sabiq ulduzların sözlərinə də diqqət yetirək. Öz dönəminə damğa vurmuş ünlü danimarkalı qapıçı Peter Şmeyheli dinləyək: “Cərimə zərbəsi mümkün olan ən yüksək səviyyədə yerinə yetirildi. Məhz bunu demək istəyirəm. Təbii ki, Noyer qolun qarşısını kəssəydi, mükəmməl seyv etmiş olacaqdı. Ancaq burda qapıçının topu çıxara bilməməsindən çox zərbəni vuranın bacarığından danışmaq lazımdı. Burda məhz Arda ən xoş sözlərə layiqdi”.
Almaniya yığmasının heyətində kapitan kimi dünya çempionluğunu qazanmış Filipp Lam da Ardanın qoluna heyranlığını gizlədə bilməyib. Böyük ehtimalla o, ilk qolu nəzərdə tutaraq bunları deyib: “Arda Gülər onsuz da həmişə xüsusi istedada malik olduğunu və özəl futbolçu olacağını göstərib. Amma bu, artıq istedad səviyyəsini də aşır. Bu qol, sadəcə, inanılmazdı. Bu qolu öyrətmək və ya təkrarlamaq mümkün deyil. Sözün əsl mənasında futbol çılğınlığının yaşandığı bir andı. Arda tək qol vurmaqla kifayətlənmədi. Daha öncə ona qədər edilməyən bir şeyi bacardı”. Bəzi mənbələr Lamın guya “bu qolu heç Ronaldo, Messi və Pele də vura bilməzdi” sözünü ağzından çıxardığını da iddia edir. Amma biz onun bu sözü dilə gətirməsinin təsdiqini tapa bilmədik. Fransa futbolunun superulduzu, son dönəmlərdə futbol eksperti kimi açıqlamalarıyla diqqət mərkəzinə düşən Tyerri Anri də Ardaya həm fasilədə, həm də oyundan sonra tərif yağdırıb:

“Bu gün böyük bir hekayə yazıldı. Tarixi gecələr məhz bu cür yazılır. Arda Gülər elə-belə oynamır, həm də üzərinə məsuliyyət götürür. Cərimə zərbəsindən vurduğu bu qol ən yüksək səviyyəyə uyğun bir qoldu. Özü də bunu Münhendə, “Bavariya”ya qarşı o cür təzyiqin altında etmək onun xarakteri haqda hər şeyi ortaya qoyur. Gizlənmir, həmişə topu istəyir və hücumları təşkil edir. Bir komandanın geridönüşü üçün təbii ki, ilk növbədə inam lazımdı. Ancaq o inamı nümayiş etdirəcək, atəşləyəcək futbolçuya da ehtiyac duyulur. Bu matçda belə futbolçu məhz Arda oldu. Gənc futbolçu bu səviyyədəki bir matçda özünü belə göstərirsə, artıq onun potensialından danışmaq düzgün deyil. Biz artıq onun bu səviyyələrin oyunçusu olması haqda danışmalıyıq. Məncə, Arda yetərincə təriflənmir və layiq olduğu dəyəri görmür. Halbuki o, elit səviyyənin futbolçusudu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see257

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see249

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see240

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see225

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see225

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see222

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see219

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see214

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see210

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see209

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see204

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see191

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see188

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see186

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see183

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see175

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri