Arda Turan bombalar altında yaşadıqlarını danışır Video
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Şaxtyor”un baş məşqçisi Arda Turan “Metalist 1925”lə oyundan sonra Kiyevdə yaşanan raket hücumlarından danışıb.
QOL.az xəbər verir ki, türkiyəli mütəxəssis Ukrayna Premyer Liqasının 3-cü turunda qələbə qazandıqları matçdan (1:0) sonra klubun mətbuat xidmətinə bombalı hücumlarla bağlı fikirlərini bildirib.
O deyib: “Əvvəlcə otağımda idim, sonra sığınacağa endim. 10-12 futbolçum da orada idi. Uşaqlara nə deyə bilərdim ki? Onlardan oynaya bilib-bilməyəcəklərini soruşdum. Dedim ki, bu, bəhanə deyil, reallıqdır. Müharibə gerçəyini qəbul etməliyik. Əgər özlərini yorğun hiss edirlərsə, bunu anlayışla qarşılayacağam. Buna baxmayaraq, meydana çıxıb oynamaq istədilər.
Psixoloji baxımdan çox çətindir. Buna öyrəşdiyimi demək istəmirəm, amma sanki bununla yaşamağı öyrənirik. Bununla belə, bunu qəbul etməyəcəyik. Ukraynada müharibə gedir, burada uşaqlar və insanlar ölür. Dünən gecə raket hücumları, bombalar, dronlar var idi. Bütün bunların nə üçün baş verdiyini hələ də anlamıram. Ümid edirəm ki, dünyaya tezliklə sülh gələr”.
Baxış sayı:148
Bu xəbər 17 Avqust 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















