Icma.az
close
up
RU
Arda Turan Eyüpspor dan rəsmən ayrıldı

Arda Turan Eyüpspor dan rəsmən ayrıldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə çempionatının debütantı ''Eyüpspor'' üçün mövsüm başa çatdı. Çünki bu komandanın gələn tur oyunu yoxdu. Arda Turanın çalışdırdığı ''Eyüpspor'' bu tur Əmrə Belözoğlunun çalışdırdığı ''Antalyaspor''u 2:1 məğlub etdi.
Tarixində ilk dəfə elitada oynayan İstanbul təmsilçisi mövsümü 6-cı pillədə tamamlamış oldu. Matçın ardından Arda Turan gözlənilən açıqlamanı verərək ''Eyüpspor''dan ayrıldığını bildirdi:

''Bu gün ''Eyüpspor''un baş məşqçisi qismində son oyunumu keçirdim. Prezident və futbolçular başda olmaqla hər kəsə təşəkkür edirəm. Prezident önümü açaraq ayrılmağıma mane olmadı. 3-4 təklif arasından seçim edəcəm. 10 gün dincəldikdən sonra qərarımı verəcəm. Həm duyğusal, həm də qürurluyam. Böyük ehtimalla gələn mövsüm vətəndən kənarda çalışacam. Amma ölkə bəlli deyil. ''Eyüpspor''un başında 84 oyuna çıxdım. İndi isə gözəl şəkildə vidalaşıram. Burda hər zaman baxımlı oyun sərgiləməyə çalışdıq. Hakimlikdən heç vaxt şikayətlənmədik. Xoşbəxt və qürurlu şəkildə mövsümü tamamlayırıq''.


Arda Turan rəsmi olaraq yeni klubunu açıqlamasa da, onun gələn mövsüm harda işləyəcəyi çoxdan bəllidi. 38 yaşlı mütəxəssis hələ 2 həftə öncə ''Şaxtyor''la anlaşma əldə edib. Onun illik 2 milyon avro qazanacağı bildirilir. Digər detallar rəsmi təyinatdan sonra bəlli olacaq. ''Şaxtyor'' da dünən Marino Puşiç ilə rəsmən yollarını ayırdı. Qeyd edək ki, Donetsk klubu yeni mövsümdə XXI əsrdə ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək.
Ümumiyətlə, bu klub son 29 ildə ilk dəfə Ukrayna çempionatında mövsümü ilk ''2-lik''də bitirə bilmədi. Ardaya gəlincə, o, ''Eyüpspor''un başına hələ 2023-ün aprelində keçmişdi. İlk cəhddən komandanı elitaya daşımaq mümkün olmasa da, Arda ilk tam mövsümündə bu hədəfə çatmağı bacardı. Elitadakı ilk mövsümdə isə o, kifayət qədər yaxşı təsir bağışlayaraq komandası ilə 6-cı pilləni tutdu.
Ümumilikdə ''Eyüpspor'' Ardanın başçılığı altında keçirdiyi 84 rəsmi oyundan 45 qələbə, 14 heç-heçə, 25 məğlubiyyətlə ayrılmış oldu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri