Arda Turan Fənərbağça nın 2 futbolçusunu Şaxtyor a aparır SON DURUM
Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Donetsk "Şaxtyor"u "Fənərbağça"nın 2 futbolçusunu heyətinə qatmağa yaxındır.
Fanat.Az xəbər verir ki, İstanbul klubunun müdafiəçisi 26 yaşlı İsmayıl Yüksək və cinah yarımmüdafiəçisi 29 yaşlı İrfan Kahveci Ukrayna klubunda oynamağa ilkin razılıqlarını veriblər.
Bu barədə “Haberler” məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçularla ilkin danışıqları “şaxtaçılar”ın yeni baş məşqçisi Arda Turan aparıb və şəxsən onlara zəng edib.
İndi "Şaxtyor"la "Fənərbağça" ilə danışıqlara başlayacağı gözlənilir. Klublar razılığa gələ bilsələr, futbolçular Ukraynaya yollanacaqlar.
İrfan ötən mövsüm "Fənərbağça"nın heyətində 42 matça çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. İsmayıl isə oynadığı 20 matçda məhsuldar göstəricilərlə diqqət çəkməyib.
Mirağa
Baxış sayı:42
Bu xəbər 30 İyun 2025 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















