Arda Turanın komandası ikinci oyununda məğlub olub VİDEO
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Konfrans Liqasının ümumi mərhələsinin ikinci turunun Ukrayna “Şaxtyor”u ilə Polşanın “Legiya”"sı arasında keçirilən oyuna yekun vurulub.
Qarşılaşma polşalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
16-cı dəqiqədə yarımmüdafiəçi Rafal Auqustinyak “Legiya”nı hesabda önə keçirib. 61-ci dəqiqədə hücumçu Luka Meyrelles hesabı bərabərləşdirib. 90+4-cü dəqiqədə Avqustinyak ikinci dəfə fərqlənərək komandasına qələbə qazandırıb.
Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor”un turnirdə üç xalı var. “Legiya” ilk üç xalını qazanıb. Üçüncü turda “Şaxtyor” İslandiyanın “Breydablik” klubu ilə oynayacaq, “Legiya” isə Sloveniyada “Selje”nin qonağı olacaq.

Beşiktaş Arda Turanın komandası ilə bacarmadı VİDEO
01 Avqust 2025 10:50
“Beşiktaş” Arda Turanın komandasını məğlub etdi Video
22 Fevral 2025 08:54
Arda Turanın komandası braziliyalı ulduzla anlaşdı
17 Avqust 2025 17:55
Şaxtyor Arda Turanın ilk oyununda qalib gəldi
05 İyul 2025 22:03
Tarixi qərar Arda Turanın komandası ölkə dəyişir
15 Oktyabr 2025 21:45

