Arda Turanın “Şaxtyor”u çempionluğa yaxınlaşır
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Ukrayna Premyerliqasında Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” (Donetsk) uğurlu seriyasını davam etdirir. Donetsk təmsilçisi 21-ci turun təxirə salınmış oyununda səfərdə “Zorya” (Luqansk) üzərində 2:1 hesablı qələbə qazanaraq liderliyini möhkəmləndirib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı ikinci dəqiqədə “Şaxtyor”un heyətindən Obah açıb. Meydan sahibləri 51-ci dəqiqədə Navin Malışın qolu ilə tarazlığı bərpa etsələr də, 82-ci dəqiqədə Bondarenko penaltini dəqiq yerinə yetirərək “Şaxtyor”a vacib üç xalı qazandırıb.
Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran Arda Turanın yetirmələri çempionatın sonuna altı tur qalmış ən yaxın izləyicisi “LNZ Çerkassı” ilə xal fərqini altıya yüksəldib.
Baş məşqçinin bu uğurlu işində əlavə son zamanlar ən çox müzakirə olunan tərəfi onun komandaya verdiyi motivasiyadır.
Qeyd edək ki, “Şaxtyor”un 24 turdan sonra aktivində cəmi bir məğlubiyyət var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 23 Aprel 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















