Ardanın epizodu ilə bağlı qalmaqal Səhv qərar verilib?
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
İspaniya La Liqasında "Atletiko Madrid"in "Real Madrid"i 5:2 hesabı ilə məğlub etdiyi oyunla bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, Arda Gülerin cərimə meydançasında rəqibə zərbə endirməsi "Real Madrid"in qapısına penalti təyin edilməsinə səbəb olub. "Atletiko Madrid" penaltidən fərqlənib. Keçmiş hakim penalti epizodunu dəyərləndirib. Matheu Lahoz, "Məncə, bu, penalti olmamalı idi. Təhlükəli oyun cərimə meydançası daxilində olduğu üçün qayda pozuntusu kimi şərh etmək istəyirsinizsə, cərimə olur, penalti olmur” - deyə bildirib. “Marca” qəzetinin hakim analitiki Perez Burrull, "Bu, diqqətsiz hərəkət və təmas səbəbilə verilən penaltidir. O, ayağını qaldırıb Nikonu vurur, lakin bu, qırmızı vərəqə deyil” - deyə bildirib.
Qeyd edək ki, Arda Güler oyunda 1 qol, 1 ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















