Icma.az
close
up
RU
Ardıcıl üçüncü heç heçə “Real”ı zirvədən saldı

Ardıcıl üçüncü heç heçə “Real”ı zirvədən saldı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransada olduğu kimi, İspaniyada da lider dəyişdi.

"Football-plus.az" xəbər verir ki, şənbə günü qələbə qazanan “Barselona” “Jirona” – “Real” oyununun nəticəsini gözləməyə başladı. Həmin oyun heç-heçə bitincə madridlilər zirvədən endi. Ümumiyyətlə, turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşan komandaları bir-birindən yalnız 1 xal ayırır ki, bu da maraqlı məqamdı.
“Barselona” çempionatda ardıcıl 4-cü qələbəsini qazandı. Londonda qeydə alınan böyükhesablı məğlubiyyət kataloniyalılar “Alaves”lə oyunda motivasiya verməliydi. Ancaq qonaqlar oyuna daha yaxşı başladı. Basklar elə 1-ci dəqiqədə - künc zərbəsinin ardından hesabı açdı. Dərhal özünə gələn “Barsa” 8-ci dəqiqədə tablodakı rəqəmləri eyniləşdirdi – Yamal topu tirin altına göndərdi. Ancaq “Alaves” oyundan qopmadı və 1-ci hissənin ortalarında Xoan Qarsiya Ottonun yaxın məsafədən zərbəsindən sonra komandasını xilas etdi. Və hesab 1:2 əvəzinə 2:1 old – Rafinyanın ötürməsini Olmo qolla tamamladı.
Fasilə ərəfəsində komandalar hərəyə bir təhlükəli vəziyyət yaratdı. Dubl etməyə yaxın olan Yamal topu dirəyə vurdu, Boyenin zərbəsindən sonra top qapının bir neçə santimetrliyindən keçdi. “Alaves” 2-ci hissədə də cəsarətli oynamağa çalışdı, ancaq “Barsa” artıq rəqib hücumçularına boş zona vermirdi. Qol vəziyyətlərinin sayı da o qədər çox deyildi. Hərçənd “Barsa” daha təhlükəli hücumlar qururdu. Sonda bərabərlik qolu üçün irəli atılan basklar daha bir top buraxdılar – Olmo dubl etdi. “Barsa” 126 yaşını qeyd etdiyi gündə turnir cədvəlində zirvəyə yüksəkdi. “Alaves” isə ardıcıl 3-cü oyunda uduzdu.
Bazar günü meydana çıxan “Real” kataloniyalıları zirvədən sala bilərdi. Son iki oyundakı heç-heçə də onları qələbə üçün oynamağa məcbur edirdi. Ancaq Alonsonun növbəti rotasiyaları fonunda “Real” yenə özünün miskin kölgəsini xatırlatdı. Ancaq Mbappe ilə Vinisiusun fərdi ustalığı sayəsində irəlidə təhlükəli vəziyyət yaratmaq mümkün olurdu.
İlk yarıda ən təhlükəli vəziyyət künc zərbəsindən sonra yarandı – Qassaniqa Militaonun təhlükəli zərbəsini çıxardı. Ardından Mbappenin topu əllə ram etdiyini bildirən hakim qolu saymadı. Komandalar paltardəyişmə otağına yollanmağa hazırlaşarkən “Jirona” hesabı açdı. Sıqankovun asmasından sonra Unai gözəl zərbə vurdu. Meydan sahibləri fasilədən dərhal sonra fərqi artıra bilərdi. Ancaq Kurtua Vanatı təkbətək dueldə məğlub etdi. Hissənin ortalarında Vinisiusun qazandığı penaltini Mbappe qola çevirdi.
Madridlilər qələbə qolunu vurmaq üçün yetərincə çox təhlükəli vəziyyət yaratmadı. Heç-heçə hesabını qoruyan “Jirona” elitada qalmaq uğrunda mübarizəni davam etdirir. “Real” isə parlaq oyun göstərməməklə yanaşı, həm də nəticə qazana bilmir.
Liderlərin ən yaxın izləyicisi “Vilyarreal”dı. “Sarılar” hesabat turunda səfərdə “Real Sosyedad”ı məğlub etdi. 57-ci dəqiqədə hesab 0:2 olanda hər kəs oyunun taleyinin həll olunduğunu düşündü. Ancaq San-Sebastyan klubu ardıcıl iki qol vurmağı bacardı. Bu oyunda son sözü Moleyro dedi – 90+5-ci dəqiqədə qələbə topunu vurmaqla “Vilyarreal”a qələbə qazandırdı.
“Atletiko” da hazırda əla formadadı. “Hindular” ilk turda “Espanyol”a uduzandan sonra məğlubiyyət acısı yaşamayıb. Simeonenin komandası çempionatda ardıcıl 6-cı qələbəsini “Ovyedo” üzərində qazandı. Oyunun əvvəlində iki qol vuran Sörlot qalan dəqiqələri formallığa çevirdi.
Turun maraqla gözlənilən oyunlarından biri də Sevilya derbisi idi. Derbidə iki qol vuruldu, nominal meydan sahiblərindən Romero 84-cü dəqiqədə qovuldu, 88-ci dəqiqədə “Sevilya”nın ultasının əyləşdiyi sektordan meydana kənar əşyalar yağmağa başladı. Belədə komandaları paltardəyişmə otağına aparan referi oyunu 15 dəqiqə sonra bərpa etdi. “Betis” həmin vaxta qədər artıq oyunun taleyini həll etmişdi.
“Xetafe” “Elçe”yə, “Espanyol” “Selta”ya bir qolla qalib gəldi. “Malyorka” – “Osasuna” oyunu “sülh”lə bitdi. Evdə “Atletik”ə 0:2 uduzan “Levante”nin baş məşqçisi Xulian Kalero oyundan sonra istefaya göndərildi.
14-cü tur
Barselona – Alaves 3:1

Yamal, 8. Olmo, 26; 90+3 – İbanyes, 1. (44834)
Barselona: X.Qarsiya, E.Qarsiya (Kunde, 46), Kubarsi (Kristensen, 84), Martin, Balde, Kasado, Bernal (Reşford, 46), Olmo, Yamal, Rafinya (Pedri, 60), Levandovski (Torres, 60).
Jirona – Real 1:1
Unai, 45 – Mbappe, 67-p. (14005)
Real: Kurtua, F.Qarsiya (Karreras, 90), Rüdiger, Militao, Aleksander-Arnold (Q.Qarsiya, 90), Çuameni (Rodriqo, 72), Valverde, Bellingem, Vinisius, Gülər (Kamavinqa, 46), Mbappe.
Atletiko – Ovyedo 2:0
Sörlot, 16; 26. (61305)
Atletiko: Oblak, Molina, Pubil, Lanqle, Hantsko, Qonsales (Ximenes, 88), Baena (Simeone, 46), Koke (Raspadori, 75), Qallaher, Qrizmann (Barrios, 63), Sörlot (Alvares, 63).
Real Sosyedad – Vilyarreal 2:3
Soler, 60. Barreneçea, 87 – Peres, 31. Moleyro, 57; 90+5. (30140)
Sevilya – Betis 0:2
Fornals, 54. Altimira, 69. (42580)
Xetafe – Elçe 1:0
Arambarri, 56. (7697)
Selta – Espanyol 0:1
K.Qarsiya, 87. (20031)
Malyorka – Osasuna 2:2
Muriqi, 62-p.; 66 – R.Qarsiya, 82. Boyomo, 90+2. (15457)
Levante – Atletik 0:2
Navarro, 3. N.Uilyams, 42. (19848)
Rayo Valyekano – Valensiya 1:1
Mendi, 37 – D.Lopes, 64. (11267)
1. Barselona 14 11 1 2 39-16 34
2. Real 14 10 3 1 29-13 33
3. Vilyarreal 14 10 2 2 29-13 32
4. Atletiko 14 9 4 1 27-11 31
5. Betis 14 6 6 2 22-14 24
6. Espanyol 14 7 3 4 18-16 24
7. Xetafe 14 6 2 6 13-15 20
8. Atletik 14 6 2 6 14-17 20
9. Rayo Valyekano 14 4 5 5 13-15 17
10. Real Sosyedad 14 4 4 6 19-21 16
11. Elçe 14 3 7 4 15-17 16
12. Selta 14 3 7 4 16-19 16
13. Sevilya 14 5 1 8 19-23 16
14. Alaves 14 4 3 7 12-15 15
15. Valensiya 14 3 5 6 13-22 14
16. Malyorka 14 3 4 7 15-22 13
17. Osasuna 14 3 3 8 12-18 12
18. Jirona 14 2 6 6 13-26 12
19. Levante 14 2 3 9 16-26 9
20. Ovyedo 14 2 3 9 7-22 9
Bombardirlər: Mbappe (Real) - 14, Levandovski (Barselona), Muriqi (Malyorka) – 8, Alvares (Atletiko), Torres (Barselona) – 7.
Növbəti turun oyunları dekabrın 5-8-i aralığında keçiriləcək: Ovyedo – Malyorka, Vilyarreal – Xetafe, Alaves – Real Sosyedad, Betis – Barselona, Atletik – Atletiko, Elçe – Jirona, Valensiya – Sevilya, Espanyol – Rayo Valyekano, Real – Selta, Osasuna – Levante.
Turun rəqəmi
9 – “Barselona”nın start heyətində son 66 ildə ilk dəfə bu qədər kataloniyalı yer almışdı. Klubun 126 yaşını tamamladığı gündə Flik Kataloniyada doğulan 9 futbolçuya şans vermişdi. Bunlar Xoan Qarsiya, Aleks Balde, Pau Kubarsi, Jerar Martin, Erik Qarsiya, Mark Kasado, Mark Bernal, Dani Olmo və Lamin Yamal idi. Xoan Qarsiya və Martin istisna olmaqla qalanı klubun gənclər akademiyasının yetirməsidi.
Turun ulduzu
Dani Olmo (Barselona) – müdafiəçilərin nəzarətindən tez-tez yayınır, zərbə mövqeyinə çıxırdı. Hər hissədə bir qol vurmaqla “Barsa”nın qələbəsinə böyük töhfə verdi.
Turun sitatı
“Real” TV-nin “Jirona” ilə oyunla bağlı şərhindən:

“La Liqada nəticələr saxtalaşdırılır. Neqreyronun oğulları üzündən “Real” 4 xal az toplayıb. De Burqos “Real”a qarşı olan hakimlərdən biridi. VAR-da oturanlar ona yardım etmədi. “Rayo Valyekano” ilə oyunda da belə oldu, “Jirona” ilə oyunda da. “Real”ın yaxşı və ya pis oynamasından asılı olmayaraq, hakimlər kluba badalaq vurur”.


Faktlar
* “Real” penalti sayına görə mövsümün lideridi. “Jirona” ilə oyunda cari mövsümdə 7-ci dəfə madridlilərin xeyrinə penalti təyin olundu. “Real” bu 7 penaltidən beşini qola çevirib. Klub tarixində ilk dəfə 14 turda rəqiblərin əleyhinə 7 penalti təyin olunub. 2024/25 mövsümü də belə başlamışdı.
* Cari mövsümdə 14 qol vuran və 3 məhsuldar ötürmə verən Mbappe La Liqada “qol+ötürmə” göstəricisində liderdi. 2-ci yerdə qərarlaşan Levandovski 9 (8+1) xal toplayıb.
* “Real” çempionatda ardıcıl 3-cü oyunda heç-heçə etdi. “Jirona”ya qədər “Elçe” (2:2) və “Rayo Valyekano” (0:0) ilə oyunlar da heç-heçə bitmişdi. Komanda sonuncu dəfə bu ilin fevralında La Liqada ardıcıl üç oyunda qalib gələ bilməyib. Onda iki heç-heçə və bir məğlubiyyət olmuşdu.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Həm ilk, həm də 2-ci yarıda çoxlu qol imkanımız oldu. 3 xal qazandığımıza görə sevinirəm. Amma bəzi məqamlar üzərində işləmək lazımdı. Rafinya komandamızın dinamik oyununun bir parçasıdı, mənim üçün çox vacibdi. Yaxşı ki döndü, növbəti oyunlarda onunla daha güclü olacağıq”.


Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Mövsümün əvvəlində səfərdə sabit oynayırdıq, ancaq son oyunlarda hər şey dəyişib. İkinci hissədə birinci ilə müqayisədə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirməyi bacardıq. Komandamım ikinci qolu da vurub qalib gəlmək üçün 3-4 yaxşı imkanı oldu. Futbolçulara iradım yoxdu, onlar buraxılan qola yaxşı reaksiya verdi. Təəssüf ki, oyunboyu dominantlıq etməyi bacarmadıq. Bunun səbəbini tapmaq lazımdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:279
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Dekabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri