Icma.az
close
up
RU
Ardıcıl zəlzələlər regionu silkələdi Azərbaycanı nə gözləyir?

Ardıcıl zəlzələlər regionu silkələdi Azərbaycanı nə gözləyir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son günlər Türkiyə, İran və Rusiyada baş verən ardıcıl zəlzələlər regionda narahatlıq doğurub. Rəsmi qurumlar bu təkanların zəlzələdən sonrakı afterşoklar olduğunu bildirsə də, Azərbaycanda da insanlar mümkün təsirlərdən ehtiyatlanır.

Qonşu ölkələrin tez-tez silkələnməsi Azərbaycana də təsir edə bilərmi?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Türkiyədən üç əsas fay xətti keçir:

“Biri Mərmərə dənizi və İstanbuldan, biri Cənub-Şərqi Anadoludan, digəri isə Ege bölgəsindən. Bu səbəbdən həmin ərazilərdə mütəmadi gərginliklər və enerji boşalmaları baş verir. Azərbaycan isə bu zəlzələlərin təsir dairəsindən nisbətən uzaqda yerləşir. Ölkəmizdə də aktiv seysmik zonalar mövcuddur. Məsələn, Şamaxı–İsmayıllı, Şamaxı–Ağsu qırılma sahələri, Xəzər akvatoriyası və Kiçik Qafqaz bölgəsi belə zonalardandır. Lakin verilən məlumatlara əsasən, bu ərazilərdə ciddi gərginlik müşahidə olunmur. Hiss olunan və olunmayan gündə yüzlərlə kiçik zəlzələlər baş verir ki, bu da yer qabığında yığılan gərginliyin tədricən boşalmasına səbəb olur. Bu, əslində, müsbət tendensiya sayılır, çünki gərginliyin birdən-birə qırılmaya gətirib çıxarmasının qarşısını alır”.

Ekspert qeyd edib ki, hazırda dağıdıcı zəlzələ riski barədə elmi əsaslı xəbərdarlıq yoxdur:

“Bununla belə, bütün hallarda əhali və tikinti sektorunun nümayəndələri tərəfindən seysmik təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Mənzil və ya yüksəkmərtəbəli bina inşa edən şirkətlər istifadə etdikləri materialların keyfiyyətinə, eləcə də onların zəlzələyə davamlılıq standartlarına mütləq riayət etməlidirlər”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri