Arestoviç: Krımdan və 4 bölgədən imtina edirəm, onlar Rusiyanındır
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna prezident aparatının rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Krımız və dörd vilayəti Rusiyaya verməyə hazır olduğunu açıqlayıb.
Ölkə.az xəbər verir ki, o bunu rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib.
Arestoviçin sözlərinə görə, prezident olduğu təqdirdə Rusiya-Ukrayna müharibəsinə son vermək üçün ən uğurlu variant kimi bəzi ərazilərdən imtina edəcək.
"Mən dörd bölgədən və Krımdan imtina edirəm. Onları Rusiya kimi tanımıram. İkinci dünya müharibəsinin nəticəsində yaranan AFR və ADR kimi onlardan imtina edirəm. Bu, müharibənin sonu deməkdir. Bu müqavilə yox, qalıcı sülh sazişi olacaq. Şimali Koreya və Cənubi Koreya ilə 37-ci paraleldə olduğu kimi bir təmas xətti qururuq. Tərəflər bir-biri ilə bir daha müharibə etməyəcəyi öhdəliyini üzərinə götürür", - o deyib.
Arestoviç hesab edir ki, ukraynalılar, ruslar, belaruslar bir-biri ilə savaşmamalıdırlar.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 06 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















