Argentina 500 min dollarlıq “qızıl pasportlar” verəcək
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Argentina investisiya yolu ilə vətəndaşlıq proqramına başlamağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Mənbələr qəzetə bildiriblər ki, Argentina təxminən 500.000 dollar geri qaytarılmayan ianə və ya 1 milyon dollarlıq dövlət istiqrazlarının alınması müqabilində pasportlar verəcək. Qəzetin mənbələri proqramın şərtlərinin dəyişdirilə biləcəyini qeyd ediblər.
Ölkə hakimiyyəti ümid edir ki, “qızıl passport” proqramı Argentinaya qarşıdakı illərdə on milyardlarla dollarlıq borcu ödəməyə kömək edəcək.
Proqrama cavabdeh olan Argentina İqtisadiyyat Nazirliyi şərh verməkdən imtina edib.
Proqram təsdiqlənərsə, Argentina investisiya yolu ilə vətəndaşlıq təklif edən ən böyük ölkələrdən birinə çevriləcək. Argentina pasportu təxminən 170 ölkəyə vizasız səyahət etməyə imkan verəcək - bu, investisiya yolu ilə əldə edilə bilən digər pasportlardan daha çoxdur.
Bu mövzuda digər xəbərlər:Argentina qızıl pasport proqramına başlaya bilər
28 İyun 2026 00:06
Qızıl üzrə proqnoz yüksəldi 500 dollarlıq bahalanma ehtimalı
22 Yanvar 2026 11:52
500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem
11 Aprel 2026 15:34
Messi Argentina mediasını məhkəməyə verəcək
10 Avqust 2026 09:15
Evimdən 15 min dollarlıq qızıl oğurlandı
22 Sentyabr 2026 16:39
Baxış sayı:129
Bu xəbər 27 İyun 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















