Argentina ABŞ ın rüsumlarını ləğv etmək üçün qanun bazasını dəyişdirəcək
Icma.az, Ayna portalına istinadən məlumat verir.
Prezident: “Biz artıq 16 tələbdən doqquzunu yerinə yetirmişik”
Argentina hökuməti ABŞ-ın bu ölkədən idxala tarifləri ləğv etməsi üçün öz tənzimləyici qanun bazasına dəyişiklik etmək niyyətindədir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Cənubi Amerika ölkəsinin Prezidenti Xavyer Meyli deyib.
"Argentina öz tənzimləyici çərçivəsini Prezident Donald Tramp tərəfindən irəli sürülən qarşılıqlı tarif təklifinin tələblərinə uyğunlaşdırmaqda irəliləyəcək. Biz artıq 16 tələbdən doqquzunu yerinə yetirmişik və mən Dövlət Departamentinə və Ticarət Departamentinə qalan tələbləri yerinə yetirməyə davam etməyi tapşırmışam", - Meyli deyib.
Argentina liderinin sözlərinə görə, onun hökuməti qısa müddətdə ABŞ-la ticarətdə asimmetriyadan xilas olmaq üçün lazımi tədbirlər görmək niyyətindədir: “Bundan başqa, ticarət və investisiyalar üzrə çərçivə sazişi kontekstində biz 50 adda maldan ibarət səbət üzrə tarifləri uyğunlaşdırmağa çalışacağıq ki, onların ölkələr arasında ticarəti daha sərbəst olsun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















