Argentina Ali Məhkəməsi öz zirzəmisində nasist təbliğatı tapıb
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Argentina Ali Məhkəməsinin zirzəmisində İkinci Dünya Müharibəsindən qalma nasist təbliğat qutuları aşkar edilib.
Bu barədə “Perfil” qəzeti yazır.
“Ali Məhkəmənin arxivində qeyri-adi kəşf edilib ki, orada işçilər arxivin köçürülməsi prosesi zamanı bir neçə qutu material tapıblar… Onların məzmunu Argentinada Adolf Hitlerin ideologiyasını təbliğ etmək məqsədi daşıyırdı”, – deyə məlumatda bildirilir.
Qutuların içindəkilər – açıqcalar, fotoşəkillər və digər nasist təbliğat materialları Almaniya səfirliyinin əməkdaşlarının şəxsi əşyaları adı altında 1941-ci ilin iyununda Tokiodan göndərilib. Gömrük daha sonra yükün bir hissəsini açıb işi məhkəməyə göndərdi və orada onilliklər qaldı.
Bundan əvvəl Buenos-Ayresdə keçirilən “Ölməz alay” aksiyasında 200-dən çox insanın iştirak etdiyi məlum olub.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 May 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















