Icma.az
close
up
RU
Argentina Braziliyanı kötəklədi və DÇ yə vəsiqəni təmin etdi

Argentina Braziliyanı kötəklədi və DÇ yə vəsiqəni təmin etdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasında 14-cü turun oyunları keçirildi.
''Football-plus.az'' xəbər verir ki, bütün diqqətlər bu zonanın şah oyununa - Argentina - Braziliya duelinə yönəlmişdi.
Əslində son dünya çempionu statusunda olan Argentina bu qarşılaşmadan öncə mundiala vəsiqəni rəsmiləşdirdi. Belə ki, Boliviya - Peru (0:0) oyunundan sonra ''albiselesta''nın seçmə mərhələni ilk ''6-lıq''da bitirəcəyi dəqiqləşdi.
Bundan başqa prinsipial rəqibi 2019-dan bu yana məğlub edə bilməyən Braziliya çox istəkli idi. Hər halda oyunçuların oyunöncəsi açıqlamalarından bunu hiss etmək mümkün idi. Xüsusilə Rafinya fərqlənirdi. O, qarşılaşmadan öncə əfsanəvi Romarioya verdiyi müsahibədə Argentinanı asanlıqla yenəcəklərini bildirmişdi. Amma Braziliya nəinki qalib gələ bilmədi, hətta son illərin ən üzücü məğlubiyyətinə düçar oldu. Fanatlar ilk 37 dəqiqədə 4 qol gördülər. Bunlardan 3-ü meydan sahibləri tərəfindən vuruldu.
Alvares, Fernandes və Mak Allisterin qollarına ikinci hissədə Dieqo Simeonenin oğlu Culianonun da qolu əlavə olundu. Braziliyanın heyətində isə yeganə qolu Kunya vurdu. İddialı açıqlamalara baxmayaraq Vinisius, Rodriqo və Rafinya kimi ulduzlar bu oyunda heçnə edə bilmədilər. Argentinanın 4:1-lik qələbəsi ilə bitən oyunda bir sıra maraqlı və tarixi faktlar qeydə alındı. Argentinanın Braziliyaya qarşı məğlubiyyətsiz seriyası 5 oyuna yüksəldi (4 qələbə, 1 heç-heçə).
Daha öncə komandanın bu rəqibə qarşı ən azı 5 oyunluq məğlubiyyətsiz seriyası 2 dəfə (1923-39, 1990-93) olmuşdu. Argentina Cənubi Amerika zonasında bir seçmə mərhələnin gedişində Braziliyanı hər iki oyunda məğlub edən ilk komanda kimi adını tarixə yazdırdı. 2023-ün noyabrında keçirilən ilk görüşdə Argentina səfərdə minimal hesabla üstün olmuşdu.
Argentina Braziliyanı 1964-dən bu yana ilk dəfə darmadağın etdisə, 1959-dan bu yana ilk dəfə bu rəqibə 4 qol vurdu! Braziliya isə DÇ-2014-də Almaniya ilə oyunda qeydə alınan faciəvi 1:7-dən bu yana ilk dəfə rəsmi oyunda 4 top buraxdı. Argentina ardıcıl 14-cü dəfə mundiala vəsiqə qazandı.
Komandanın tarixində iştirak etmədiyi yeganə turnir DÇ-1970-di. Onu da bildirək ki, artıq DÇ-2026-nın 7 iştirakçısı bəllidi.
Meydan sahibləri ABŞ, Kanada və Meksika ilə yanaşı, Asiya zonasından Yaponiya ilə İran, Okeaniya zonasından Yeni Zelandiya, Cənubi Amerika zonasından isə Argentina vəsiqəni təmin edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Mart 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri