Icma.az
close
up
RU
Argentina çempionatı niyə təxirə salınacaq?

Argentina çempionatı niyə təxirə salınacaq?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Argentina futbolunda ötən ilin sonlarından başlayan qalmaqal getdikcə daha böyük vüsət alır.

"Football-plus.az" xəbər verir ki, ölkə futbolu hazırda rəhbərliklə bağlı tarixinin ən böyük böhranlarından birini yaşayır. Artıq böhranın daxili yarışların təqviminə təsir edəcəyi məlumdu.
Argentina Futbol Assosiasiyasının (AFA) mətbuat xidmətinin məlumatına görə, ölkə çempionatının 5-8 mart tarixlərində keçirilməsi planlaşdırılan oyunları yerli futbol qurumuna qarşı maliyyə fırıldaqçılığı iddiaları səbəbindən təxirə salınacaq. Xatırladaq ki, Argentina Gəlirlər və Gömrük Nəzarəti Agentliyi (AGGNA) bir neçə ay əvvəl AFA-nı vergi borclarını ödəməməkdə ittiham etmişdi. Futbol təşkilatı isə borcları vaxtından əvvəl ödədiyini və bütün öhdəliklərini yerinə yetirdiyini iddia edir. AFA bu iddiasını məhkəmənin ilk iclasında bəyan edib. AGGNA isə öz növbəsində borcların hamısını toplaya bilmədiyini vurğulayır.
Onu da xatırladaq ki, ötən ilin dekabrında AGGNA-nın şikayəti əsasında AFA-nın ofisində axtarışlar aparılıb. Məhkəmə futbol qurumunun prezidenti Klaudio Tapyanı ifadə verməyə çağırıb. O, 2024-25-ci illər ərzində təxminən 13 milyon dollar məbləğində sosial sığorta haqlarını mənimsəməkdə şübhəli bilinir. Məhkəmənin qərarı ilə Tapyanın ölkədən çıxışına qadağa qoyulub. Məhkəmə işi üzrə təkcə AFA-nın rəhbəri deyil, həmçinin onun etibarlı şəxsi Pablo Toviqinyo, təşkilatın xəzinədarının müavini Lusiano Nakis, baş katib Kristian Malaspina və digər rəsmi şəxslər də istintaqa cəlb olunublar. Məmurlar qanunsuz əməliyyatlar hesabına xeyli sərvət toplamaqda şübhəli bilinirlər.
Futbol rəhbərliyi isə bu addımı assosiasiyaya qarşı hücum kimi qiymətləndirib. AFA-nın İcraiyyə Komitəsi Tapyaya dəstək əlaməti kimi martın əvvəlinə planlaşdırılan yüksək liqa və digər divizionların bütün oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb. Beləliklə, yüksək liqada martın 5-dən 8-nə qədər keçirilməli olan 9-cu turun matçları baş tutmayacaq.
Qeyd edək ki, ölkənin məhkəmə sistemi həmçinin bir neçə yerli kluba və milli komandaya sponsorluq edən maliyyə şirkəti “Sur Finanzas”ın mühasibat uçotu təcrübələrini araşdırır. Şirkətin rəhbərliyi mənimsəmədə şübhəli bilinir. Maraq üçün bildirək ki, “Sur Finanzas”a Tapyanın dostu olan biznesmen Ariel Valyexo rəhbərlik edir. Şirkət ötən ilin noyabrında Vergilər Baş İdarəsinin şikayəti əsasında vergidən yayınma şübhəsi ilə istintaqa cəlb olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri