Argentina İran diplomatını persona non qrata elan etdi
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Argentina Xarici İşlər Nazirliyi (XİN) İranın Buenos-Ayresdəki səfirliyinin müvəqqəti işlər vəkili Möhsün Soltani Tehranini "persona non-qrata" elan edib və ondan 48 saat ərzində dövlət ərazisini tərk etməsini tələb edib. Bu barədə Argentina XİN-in rəsmi bəyanatında bildirilib.
Qərar Buenos-Ayresin Argentina və onun rəhbərliyinə qarşı yalan, təhqiramiz və yersiz ittihamlar ehtiva etdiyi kimi qiymətləndirdiyi İran XİN-in bəyanatına cavab olaraq qəbul edilib. Qeyd edilib ki, bu cür ifadələr ölkənin daxili işlərinə qəbuledilməz müdaxilədir. Argentina XİN vurğulayıb ki, ölkədə axtarışda olan şəxslərin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) strukturlarında yüksək vəzifələrə təyin edilməsi ciddi haldır.
Daha əvvəl İran ABŞ, İsrail və İran arasındakı münaqişə fonunda Argentinanın SEPAH-ı terror təşkilatı kimi tanımaq qərarını pisləyib, Xavyer Miley administrasiyası tərəfindən atılan bu addımı qanunsuz və ikitərəfli münasibətlərə zərər vuran bir addım adlandırıb.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 03 Aprel 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















