Argentina millisi DÇ 2026 da bu heyətlə iştirak edəcək: Messi üçün tarixi an
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə dünya çempionatının startına sayılı günlər qaldığı vaxtda mundialın son qalibi Argentina millisinin turnir üçün yekun heyəti rəsmən elan olunub.
Fanat.Az xəbər verir ki, "tanqoçular"ın heyətində ən çox diqqət çəkən məqam əfsanəvi kapitan Lionel Messinin adının siyahıda yer almasıdır.
Karyerasında 6-cı dəfə DÇ həyəcanı yaşayacaq ulduz futbolçu bu göstərici ilə futbol tarixinə düşməyə hazırlaşır. Daha əvvəl 2006, 2010, 2014, 2018-ci illərdə keçirilən dünya biriciliklərində top qovan və nəhayət, 2022-ci ildə Qətərdə baş tutan yarışda çempion olaraq karyerasının ən yüksək zirvəsinə ucalan Messi titulunu qorumaq üçün yenidən meydana çıxacaq.
Baş məşqçinin formalaşdırdığı 26 nəfərlik heyətdə isə "Atletiko Madrid" klubunun dominantlığı diqqət çəkir. Argentinanın dünya çempionatı heyəti tam olaraq aşağıdakı kimidir:
Qapıçılar: Emiliano Martines ("Aston Villa"), Jeronimo Rulli ("Marsel"), Xuan Musso ("Atletiko Madrid")
Müdafiəçilər: Qonsalo Montiel ("River Pleyt"), Lisandro Martines ("Mançester Yunayted"), Kristian Romero ("Tottenhem"), Leonardo Balerdi ("Marsel"), Nauel Molina ("Atletiko Madrid"), Nikolas Talyafiko ("Lion"), Fakundo Medina ("Marsel"), Nikolas Otamendi ("Benfika")
Yarımmüdafiəçilər: Enzo Fernandes ("Çelsi"), Aleksis Mak Allister ("Liverpul"), Valentin Barko ("Strasburq"), Covani Lo Çelso ("Real Betis"), Esekyel Palasios ("Bayer Leverkuzen"), Leandro Paredes ("Boka Xuniors"), Rodriqo De Paul ("Inter Mayami"), Tiaqo Almada ("Atletiko Madrid")
Hücumçular: Lionel Messi ("Inter Mayami"), Lautaro Martines ("İnter"), Xulian Alvares ("Atletiko Madrid"), Culiano Simeone ("Atletiko Madrid"), Nikolas Qonsales ("Atletiko Madrid"), Xose Manuel Lopes ("Palmeyras"), Nikolas Pas ("Komo")
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 29 May 2026 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















