Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Qalatasaray'' ilə müqaviləsi başa çatan, sərbəst oyunçu statusuna keçən və gələcəyi böyük maraq doğuran Mauro İkardi ilə bağlı hər gün yeni xəbərlər çıxır.
Qərar verməkdə çətinlik çəkən və ''Cim-Bom''un təklifini qəbul etməkdə ciddi tərəddüd yaşayan argentinalı forvarda maraq göstərən klublardan biri ''River Pleyt'' idi.
Hər halda mətbuatda belə iddialar gəzirdi. Amma Argentina nəhəngi İkardiyə maraq göstərdiyini rəsmən təkzib edib. Klub prezidenti Stefano Di Karlo yerli nəşrlərdən birinə açıqlamasında İkardi ilə bağlı suala konkret cavab verib:
''İkardi hazırda bizim gündəmimizdə olan və haqqında fikir mübadiləsi apardığımız futbolçu deyil''.
''Qalatasaray''la ardıcıl 4 çempionluq yaşayan və klub tarixinin ən məhsuldar əcnəbi futbolçusu olan İkardinin qərarını camiədə hər kəs maraqla gözləyir.
Bu mövzuda digər xəbərlər:İkardi üçün Argentina variantı
03 Mart 2026 23:01
İkardi Argentina mətbuatına od püskürdü
19 Fevral 2026 21:17
İkardi Argentina millisində niyə oynamır? Baş məşqçi açıqladı
21 Noyabr 2024 23:12
Mauro İkardi Argentina klubu ilə danışıqlara başlayıb
03 Dekabr 2024 01:12
Qalatasaray İkardi ilə bağlı qərarını verdi
14 Noyabr 2025 23:53
Baxış sayı:136
Bu xəbər 02 İyun 2026 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















