Icma.az
close
up
RU
Argentina sahillərində delfinlərin kütləvi ölümünə səbəb kimi balinalar göstərilir

Argentina sahillərində delfinlərin kütləvi ölümünə səbəb kimi balinalar göstərilir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 12 mart, AZƏRTAC

Atlantik okeanının cənub-qərb hissəsində delfinlərin kütləvi şəkildə sahilə çıxması nadir hallarda baş verir. Buna görə də 2021-ci ildə belə bir hadisə alimlərin diqqətini cəlb edib. Cəmi iki il sonra – 2023-cü ildə hadisə yenidən təkrarlananda isə dəniz bioloqları ciddi narahat olublar.

Əvvəlcə bunun səbəbini müəyyən etmək mümkün olmayıb. Lakin alimlər heyvanların cəsədlərinin təşrihinin nəticələrini və müşahidə məlumatlarını müqayisə etdikdən sonra nəhayət izah tapa biliblər. Məlum olub ki, hadisənin əsas səbəbi qatil balinaların (Orcinus orca) meydana çıxmasıdır.

AZƏRTAC xəbər verir ki, delfinlərin kütləvi şəkildə sahilə çıxması halları dünyanın müxtəlif yerlərində qeydə alınır. Bəzi bölgələrdə bu hadisə daha tez-tez baş verir, bəzilərində isə nadir hallarda müşahidə olunur. Bəzən sahilə onlarla, bəzən isə yüzlərlə delfin çıxır.

Belə hadisələrin səbəbi tam aydın deyil. Mümkün səbəblər arasında insan fəaliyyəti, zəhərli yosunlarla zəhərlənmə, virus infeksiyaları, gəmilərin yaratdığı səs-küy səbəbindən heyvanların istiqaməti itirməsi və təbii hadisələrin yaratdığı dezorientasiya göstərilir.

Başqa bir ehtimala görə isə delfin sürüləri yırtıcılardan qaçarkən sahilə çıxa bilər. Bəzi mütəxəssislər hesab edir ki, delfinlər onları təqib edən yırtıcılardan xilas olmaq üçün dayaz sulara üz tutur. Lakin bu fərziyyəni sübut etmək çətindir.

Bundan başqa, sahilə çıxmış heyvanların cəsədləri çox vaxt tam sağlam görünür. Onlarda yara, xəstəlik əlamətləri və ya insan fəaliyyətinin izləri olmur.

Bu fərziyyə Argentinanın şimal Pataqoniya sahillərində baş verən bir neçə hadisədən sonra yenidən diqqət mərkəzinə düşüb. Son beş ildə burada iki dəfə adi delfinlərin (Delphinus delphis) kütləvi şəkildə sahilə çıxması qeydə alınıb. Əvvəllər bu bölgədə belə hadisələr belə intensiv müşahidə olunmurdu. Bu cür hadisələrin təkrarlanması alimlərin diqqətini cəlb edib.

Argentinanın Milli Elmi və Texniki Tədqiqatlar Şurasından Maqdalena Ariasın rəhbərlik etdiyi dəniz bioloqlar qrupu bu iki hadisəni araşdırıb. Onlar ölən heyvanları yarıb, həmçinin şahidlərin videolarını və dron çəkilişlərini toplayaraq təhlil ediblər.

Alimlər delfinlərin mədəsində qida da tapmayıblar. Bu isə onların ov etmədiyini və ehtimal ki, həyatlarını xilas etməyə çalışdıqlarını göstərir.

2023-cü ildə isə hadisə yenidən baş verib. Sahildə təxminən 570 delfin tapılıb. Bu dəfə isə heç biri ölməyib.

Bəs dəniz məməliləri niyə sahilə çıxmışdı? Bu sualın cavabını videolar verib. Görüntülərin təhlili göstərib ki, 2021-ci ildə təxminən 350 delfindən ibarət bir sürü böyük sürətlə San-Antonio körfəzinə doğru hərəkət edirmiş. Təxminən 30 dəqiqə sonra onların arxasında səkkiz qatil balina peyda olub.

Ertəsi gün limanda 38 ölü delfin tapılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Mart 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri