Icma.az
close
up
RU
Argentinada Maradonanın həkimlərinin məhkəməsi başladı

Argentinada Maradonanın həkimlərinin məhkəməsi başladı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Əfsanəvi Dieqo Armando Maradona 2020-ci il noyabrın 25-də - 60 yaşında həyatdan köçdü.

"Football-plus.az" xatırladır ki, onun cansız bədəni baş beynindən trombun götürülməsi üçün keçirilən əməliyyatdan sonra bərpa olunduğu Buenos-Ayresdəki evində aşkarlandı. Bu tromb isə yasaq maddələr və alkoqol ilə uzunmüddətli mübarizədən sonra yaranmışdı. Həkimlər əvvəlcə futbol əfsanəsinin ürəktutmasından sonra keçindiyini desələr də, əslində vəziyyət bir qədər dolaşıqdı. Və indi Argentinada həkim ordusu üzərində məhkəmə başlayıb. Ölümdən 4,5 il sonra...
Koronavirus pandemiyasının qızğın çağında dünyadan köçən Maradonanın ölümü ölkəni dərin matəmə qərq etdi. Futbolçunun Prezident Sarayında qoyulan nəşi ilə vidalaşmaq üçün minlərlə adam ora baş çəkdi. Dəfn mərasimindən sonra araşdırmaya başlayan polis isə bu qənaətə gəldi: Dieqo ağciyər ödəminin və həkim səhlənkarlığının qurbanı olub. Tibb bacılarından biri isə etiraf etdi ki, “Maradonanı oyatmamaq əmri alıb”.
“Napoli”nin və dünya futbolunun əfsanəsinin ölümündən 4,5 il sonra yeddi tibb işçisi məhkəmə önünə çıxarılıb: neyrocərrah Leopoldo Luka, psixiatr Aqustin Kosaçov, psixoloq Karlos Dias, tibbi əlaqələndirici Nensi Forlini, tibb bacıları üzrə bölmənin əlaqələndiricisi Mariano Perroni, həkim Pedro Pablo Di Spanyi, onun yardımçısı Rikardo Almiro. Günahları sübuta yetiriləcəyi təqdirdə onların hər birini 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir. Daha bir tibb bacısı – Gizela Dahiana Madrid isə andlılar məhkəməsinin ayrıca keçirilməsini xahiş edib.
Əfsanənin ölümü Argentina xalqını iki düşərgəyə bölüb. Düşərgələrdən biri Maradonanın ölümündə həkimlərin heç bir günahının olmadığını iddia edirsə, o biri tibb işçiləri ilə hesablaşmağı tələb edir. Tacir Luis Alberto Suares “Reuters” agentliyinə belə deyib:

“Ədalətin zəfər çalacağına ümid edirəm. Onlar Maradonanı öldürüb. Dieqo yaşamalıydı. Həkimlər onun qayğısına lazımi şəkildə qalmayıb”.


Bank sektorunda çalışan Martin Miley isə fərqli fikirdədi:

“Mən yalnız kənardan gördüklərim haqda danışa bilərəm. Biz həkimlərin səhv edib-etmədiyini yüzfaizlik əminliklə deyə bilmərik. Geri baxarkən onların haqlı olub-olmadığını demək çətindi. Ancaq düşünürəm ki, Maradonanın ölümündə məhkəmə önünə çıxarılanlardan daha çoxunun günahı var”.


Maradonanın qızı Dalmanın dediyinə görə, məhkəmə prosesinin başlamasına az qalmış bütün ailə güclü mafiyə qarşısında qorxu hissi keçirməkdədi. Mərhum futbolçunun ailəsi ölümdə günahı olanların ədalətli cəza alması üçün mübarizəyə girişərkən bəzi təhlükəli adamların təzyiqi ilə üzləşib:

“Anam narahatdı. O, mafiyadan – hər şeyə nəzarət edən, pulu və hakimiyyəti olan adamlardan qorxur. Ancaq mənim vecimə də deyil. Düşmənlərimin kim olduğunu bilirəm, ancaq susa bilmərəm. Adamların gerçəyi bilməsinə nail olmalıyıq. Anam həmişə mənə deyir ki, “səsini kəs, heç nə demə, qorxuram”. Ancaq mən bunu bacarmaram. Atama borcum var. Xalqın dəstəyini hiss edirəm və bilirəm ki, bu mübarizədə tək deyilik. Ancaq yenə də çətindi. İctimaiyyət sənin tərəfində ola bilər. Sadəcə, kimlərsə sənin yoxa çıxmağını sifariş edə bilər”.


Təbii ki, məhkəmə prosesi uzun çəkəcək. Maradonanın ailə üzvləri və uzun müddət onun sağlamlığının keşiyində duran həkimlər də qarışıq 192 adam şahid kimi dindiriləcək. Dinləmələr həftədə üç dəfə olacaq. Prosesin ən azı iyulun ortalarına qədər uzanacağı gözlənilir. Prokurorlar artıq həkimləri evdə Dieqo ilə ehtiyatsız davranmaqda və qeyri-adekvat müalicə etməkdə suçayır. Onlar iddia edirlər ki, futbol əfsanəsi ölümündən əvvəl "uzun, ağrılı dövr" üçün taleyin ümidinə buraxılıb. İttiham olunanların vəkilləri bu iddianı rədd edir. Futbolçunun ailəsi isə düşünür ki, həkimlər maddi mənfəət üçün onun həyatının təhlükə altında olmasına məhəl qoymayıblar.
Proses təkcə Argentinada yox, bütün dünyada maraq doğurub. Təbii ki, DÇ-86-nın qalibinə vətənində az qala Allah kimi yanaşırlar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Mart 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri