Icma.az
close
up
RU
Argentinadan rus qadınlara qadağa “Doğum turizmi”nə son qoyulur

Argentinadan rus qadınlara qadağa “Doğum turizmi”nə son qoyulur

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Argentina Prezidenti Xavyer Miley yeni immiqrasiya islahatına başlayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, yeni qanun təkcə cinayətkarlara və yoxsul miqrantlara deyil, həm də hamilə rus qadınlarına qarşı yönəlib.

Belə ki, Rusiya vətəndaşları son illər Argentinada bütöv bir "doğum turizmi" sənayesi qurmuşdu. Prezidentin mətbuat katibi Manuel Adorni bildirib ki, son 20 ildə 1,7 milyon insan ölkəyə qeyri-qanuni yollarla daxil olub. O qeyd edib ki, mövcud qaydalar “xaos və sui-istifadəyə şərait yaradır” və dövlət xəstəxanaları bir il ərzində əcnəbilərə xidmət üçün 100 milyon dollar xərcləyib. İslahat “doğum turizminə” son qoyan bir neçə məqamı əhatə edəcək: hakimiyyət səfərlərinin əsl səbəblərini bildirməyənləri deportasiya edəcək, immiqrantlar yerli tibbi xidmətlər və sığorta haqqını ödəyəcək və yalnız iki il davamlı olaraq Argentinada yaşayan və ya “əhəmiyyətli investisiyalar” edənlər daimi yaşayış və vətəndaşlıq alacaqlar.

Argentinada doğum etmək artıq əcnəbilərə avtomatik olaraq yaşayış icazəsi verməyəcək. Artıq əcnəbilər uşağın doğulmasına görə vətəndaşlıq üçün müraciət edə bilməz. Sənədlərə məhkəmə yox, miqrasiya xidməti baxacaq. "Doğum turizmi" nin populyarlığı pulsuz doğuş, uşaqlara vətəndaşlıq verilməsi ilə əlaqələndirilir ki, bu da valideynlərə vətəndaşlıq almaq imkanı yaradırdı. Bu turizm növünə görə rus qadınlar son illərdə kütləvi şəkildə Argentinaya axışıb. 2023-cü ildə ruslar Argentinada yaşayış icazələrinin sayına görə rekord vurublar. 

Təkcə 2022-ci ildə 10500 hamilə rus qadını Argentinaya daxil olub. Hətta elə təyyarə reysi olub ki, bir dəfədə 33 hamilə rusiyalı qadın Argentinaya gəlib. Bunları görən Argentina Miqrasiya Xidməti artıq rusların qalma və yaşayış icazələrinin uzadılmasından daha tez-tez imtina etməyə başlayıb. Yeni qanun isə bu “doğum turizmi”nə birdəfəlik son qoyacaq.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri