Icma.az
close
up
RU
Argentinanın Ermənistanla əla münasibəti var, ancaq... Elçin Əmirbəyov

Argentinanın Ermənistanla əla münasibəti var, ancaq... Elçin Əmirbəyov

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycanın Buenos-Ayresdəki səfirliyində Argentina ilə ticarət əlaqələri barədə danışıqlar aparıb. Danışqlar zamanı Ermənistanla aparılan müzakirələrə də toxunan Elçin Əmirbəyov deyib:
“Düşünürəm ki, Argentinanın Ermənistanla əla münasibətləri var, lakin bu heç də o demək deyil ki, Argentinanın Azərbaycanla əla münasibətləri ola bilməz”.
Argentinanın ingilisdilli “The Buenos Aires Times”ın məqaləsində belə deyilir.

Cənab Əmirbəyov bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. İndi top Ermənistan tərəfdədir:
“Ancaq biz ermənilərin gələcəkdə revanşizmə yuvarlanmaq və ərazilərimizə yenidən iddia etmək cəhdləri üçün heç bir hüquqi əsas qoymaq istəmirik”.
Ona görə də Ermənistan konstitusiyasında ərazi iddiası ilə bağlı müddəalar aradan qaldırlmalıdır. Azərbaycan Ermənistanın ATƏT-in Minsk qrupundan imtina etməsini də lazımlı sayır. İki ölkənin anlaşmasında üçüncü tərəfə ehtiyac yoxdur:
“Biz qəti şəkildə inanırıq ki, münasibətlərimizin gələcəyi Ermənistan və Azərbaycanın əlindədir və bu işdə heç bir üçüncü tərəfə və üçüncü tərəfin qüvvələrinə ehtiyac yoxdur”.

Elçin Əmirbəyovun Ermənistanla bağlı dediklərini Ermənistanın Argentinadakı səfiriyi məyusluqla qarşılayıb:
“Təəssüf ki, Azərbaycan hazırda Cənubi Qafqazda davamlı sülhə çalışmaq əvəzinə, ilkin şərtlər dili ilə danışaraq Ermənistanla razılaşdırdığı sazişi imzalamaqdan de-fakto imtina edir. Buna baxmayaraq, biz ümidliyik ki, Azərbaycan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə iki ölkə arasında münasibətləri tənzimləyən sazişi imzalayacaq”, - Ermənistanın Argentinadakı səfiriyi bildirib.
 

Elbəyi Həsənli. Sürix

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri