Argentinanın qələbəsinə 1,5 milyon dollar qoydu
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya şöhrətli kanadalı reper Dreyk 2026-cı il dünya çempionatının finalında Argentinanın İspaniyanı əsas vaxtda məğlub edəcəyinə böyük məbləğdə mərc edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, reper Argentinanın qələbəsinə 1,5 milyon dollar pul qoyub. Əgər Lionel Messinin rəhbərlik etdiyi komanda final görüşündə 90 dəqiqə ərzində qalib gələrsə, Dreykin ümumi qazancı 5 milyon dollardan çox olacaq.
Məlumata görə, mərc məşhur onlayn platformalardan biri üzərindən yerləşdirilib.
Qeyd edək ki, Dreyk idman mərc oyunlarına marağı ilə tanınır. O, daha əvvəl futbol, basketbol, boks və UFC yarışları ilə bağlı dəfələrlə yüksək məbləğdə mərclər edib. Lakin onun bəzi proqnozlarının uğursuz alınması idman azarkeşləri arasında hətta "Dreyk lənəti" ifadəsinin yaranmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 18 İyul 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















