Arı pətəklərinə smart tərəzilər yerləşdirilir YENİLİK
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu sahibkar, "Balçı Səyavuş" arıçılıq təsərrüfatının rəhbəri Səyavuş Yaqubov Dövlət Turizm Agentliyinin Lənkərana təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
S.Yaqubov bildirib ki, müəyyən layihələrdə qalib olub: "KOBİA-nın arıçılıqla bağlı ikinci qrant müsabiqəsində qalib olmuşuq, ötən il şəhərdən-kəndə layihəsinə qoşulmuşduq. Bu layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan Aqrar Tədarük və Təchizat ASC-nin və Paşa Holdinqin maliyyə dəstəyi ilə arıçılıq muzeyini təqdim etmişdik".
O qeyd edib ki, muzeydə arı məhsullarının bütün istehsal növləri ilə məşğul olur. Digər arıçılardan fərqli olaraq burda ilk apiterapiya evi fəaliyyət göstərir. (Apiterapiya- arı məhsulları ilə müalicə). Eyni zamanda arı havasında yatmaq üçün otaq fəaliyyət göstərir. Bununla bağlı sahibkar qrant layihə də alıb. Bundan başqa, arı havasında yatmaq üçün pətəklər də fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu müalicə üsulları beyin fəaliyyətini sakitləşdirmək, zehni fəaliyyəti və immum sistemini gücləndirmək üçün istifadə olunur.
"Özümüzün hazırladığımız arıçılıq üçün nəzərdə tutulan smart tərəzilərimiz var. Bu tərəzilər arı pətəyinin altına yerləşdirilir və sms göndərilir. Bununla da biz məsafədən arı haqqında bütün məlumatları (çəkinin artıb-azalması, rütubət və temperatur) əldə edə bilirik"-, deyə sahibkar vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Sentyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















