“Ariane 6” “Amazon”a məxsus peykləri orbitə yerləşdirib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paris, 13 fevral, AZƏRTAC
Avropanın yeni nəsil daşıyıcı raketi “Ariane 6” fevralın 12-də Fransız Qvianasındakı Kuru kosmodromundan havaya qalxaraq, ABŞ nəhəngi “Amazon” üçün 32 peyki orbitə yerləşdirib. Bu, “Ariane 6”nın indiyədək bir uçuşda daşıdığı ən çox peyk sayıdır.
AZƏRTAC xəbər verir ki, bu missiya “Amazon”un aşağı orbitdə yüksəksürətli internet təmin etməyi hədəfləyən LEO layihəsi çərçivəsində planlaşdırılan 18 buraxılışdan birincisidir. Şirkətin qurucusu Ceff Bezos uzunmüddətli perspektivdə 3200 peykdən ibarət qlobal şəbəkə qurmağı planlaşdırır. Bu təşəbbüs onun əsas rəqibi Elon Mask və onun “Starlink” şəbəkəsi ilə rəqabət aparmaq məqsədi daşıyır. “Starlink” artıq minlərlə peykdən ibarət geniş infrastruktur qurub.
Mütəxəssislərin fikrincə, bu müqavilə Avropa üçün də mühüm strateji əhəmiyyət daşıyır. Layihə Avropanın kosmik suverenliyini gücləndirir və qlobal peyk interneti yarışında qitəyə yeni imkanlar açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Fevral 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















