Arıçılar narahatdır Xaçmaz və Qubada bal məhsulu kritik səviyyədə azalıb
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xaçmaz və Qubada havaların qeyri-sabit keçməsi, rütubətin artması və xəstəliklərin yayılması nəticəsində bal süzümü gecikib.
Milli.Az xəbər verir ki, bəzi təsərrüfatlarda məhsul ötən illə nisbətən 3 dəfə azalıb. Arıçılar həm balın gec yetişməsindən, həm də arı ailələrinin məhvindən narahatdırlar.
Arıçıların sözlərinə görə, bu il məhsul azdır və bahalaşa bilər. Əsas səbəbi isə havalarla əlaqələndirirlər. Onların sözlərinə görə, dəyən ziyan 40 minə yaxındır:
"Keçən il arının xərcinin bir yeşiyi 60-70 manat edirdisə, bu il 100-130 manat arasındadır. Xərclər çox olduğu üçün bu il məhsul 10-15 faiz bahalaşa bilər".
Qeyd edək ki, şimal bölgəsində yerləşən arıxanalarda iyulun 1-dən etibarədən bal süzümünə start veriləcək.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















