Icma.az
close
up
RU
Arif Babayev kimdir? İllərlə ata, anasının məzarını axtarıb tapmayan Xalq artisti

Arif Babayev kimdir? İllərlə ata, anasının məzarını axtarıb tapmayan Xalq artisti

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev bu gün 87 yaşında vəfat edib.

Lent.az “Bioqrafiya” rubrikasında Arif Babayev haqqında məlumat verir.

- Arif Babayev kimdir?

- Arif Babayev “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif olunan, Azərbaycanın Xalq artisti, xanəndə və Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri idi.

- Arif Babayev nə zaman və harada dünyaya gəlib?

- Arif Babayev 1938-ci il fevralın 20-də Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub. 

- Arif Babayev harada təhsil alıb?

-  Arif Babayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununun məzunu olub. 

- Arif Babayev yaradıcılığa nə zamandan başlayıb?

- 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü. Hacıbəyov "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov "Aşıq Qərib"), Camal (Ş. Axundova "Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTV-nin qızıl fonduna daxil olub.

Xalq artisti 1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olub. 

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. Eyni zamanda Xəzər Universitetində də muğam dərsi də verib.

- Arif Babayevin yaradıcılığında hansı muğamlar xüsusi yer tutur?

- Arif Babayevin yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilib.

Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.

- Arif Babayev hansı mükafatları alıb?

-  Arif Babayev 1978-ci ildə"Azərbaycan SSR əməkdar artisti", 1989-cu ildə isə "Azərbaycan SSR xalq artisti" fəxri adını alıb. O, 1998-ci ildə "Şöhrət" ordeninə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 

Bundan əlavə Xalq artisti "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı, "Şərəf" ordeni alıb. 2 il öncə o, Azərbaycan Prezidentinin fəxri diplomuna, 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına, 2025-ci il mayın 8-də isə Heydər Əliyev mükafatına layiq görülüb.

- Arif Babayevin ailəsi barədə nə bilirik?

- Arif Babayevin 3 övladı var. O, Gültəkin xanımla 58 il evli olub. Onların arasında böyük sevgi və hörmət olub. Xanəndənin həyat yoldaşı açıqlamalarından birində bildirib ki, ən böyük arzusu həkim olmaq idi, lakin bu ixtisasa qəbul olmaq üçün 1 balı çatmayıb. 18 yaşında evlənən xanım daha sonra ardıcıl 3 övladı olduğu üçün təhsilini davam etdirə bilməyib. Onların qızı isə anasının arzusunu davam etdirərərək, həkim olub. 

Gültəkin xanım onu da qeyd edib ki, bütün gün Allaha dua edirəm ki, Arifə can sağlığı versin. Onun pis gününü mənə göstərməsin. 

- Arif Babayevin ən böyük istəyi nə idi?

- Arif Babayev müsahibəsində bildirib ki, o, həmişə Ağdama gedib ata və anasının qəbrini axtarıb, tapmağı istəyib. Qarabağ işğaldan azad olunandan sonra isə həmin qəbirstanlığa üz tutub, lakin valieynlərinin məzarını tapa bilməyib... 

- Arif Babayevin vəziyyəti nə zaman pisləşib?

- İyulun 23-ü saat 17:30-də Xalq artisti Arif  Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Sonra Xalq artisti Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

- Arif Babayev nə zaman vəfat edib?

- Arif Babayev avqustun 1-də səhər saat 06:30-də Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq, vəfat edib.

Allah rəhmət eləsin!
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Avqust 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see282

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see206

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see197

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see193

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see187

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see145

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see138

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see138

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see138

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see135

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see131

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see130

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see130

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see127

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see127

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see125

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see125

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see124

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri